Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, 2013-cü ildə İngiltərədən 10 yaşındakı uşağı ilə birlikdə İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən 47 yaşlı Salli Cons intihar hücumu edəcəyini bildirib.
İngilis qadının 21 yaşlı həyat yoldaşı Cüneyd Hüseyn avqust ayında ABŞ-ın Rəqqanı bombalaması zamanı öldürülmüşdü.
Cons verdiyi mesajda “Nə etdiyimi bilirəm. Cənnətin bir bədəli var və ümid edirəm ki, həmin bədəl budur”x9d - deyə bildirib.