Həndbol həvəskarları həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatının növbəti oyunlarını izləyiblər.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, üçüncü turun ilk matçında meydançaya “Azəryol” və “Qarabağ” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan görüşün ilk hissəsində 6 top fərqi il önə keçən “Azəryol” fasilədən sonra da təşəbbüsü əldən verməyib.
Qarşılaşma 33:30 hesabı ilə sonuncunun xeyrinə başa çatıb.
“U-16” – “İdman Akademiyası” kollektivlərinin görüşündə nominal qonaqlar inamlı oyun sərgiləyiblər. İlk hissəni 27:14 hesabı ilə irəlidə başa vuran “tələbələr”dən ibarət komanda qalan vaxtda üstünlüyü daha da artırıb – 47:21.
Bizim.Media