“Oazis”dəki davanın tam görüntüləri- VİDEO

“Bir masada əyləşən 8 nəfər kişidən biri digər masada əyləşən xanım müştərilərə söz ataraq onları narahat etməyə başlayıb. Hadisə əslində buna görə baş verib”. 
 
Bu sözləri  “Oazis”də 3 nəfərin bıçaqlanması və xeyli sayda insanın xəsarət alması ilə nəticələnən qanlı savaş barədə danışan restoran sahibi hacı Mirtalib Miri oğlu deyib.

Qeyd edək ki, hazırda xəstəxanada müalicə olunan Zaur Əsgərov dünən "Qafqazinfo"ya açıqlamasında hadisədə özünün və qonaqlarının zərərçəkən olduğunu bildirmişdi. Onun sözlərinə görə, övladının 3 yaşını qeyd etmək üçün “Oazis”də 15 nəfərlik yer götürübmüş, öz xanımı ilə rəqs edərkən mühafizəçilərdən biri ona həyat yoldaşının yaxasını bağlamasını məsləhət bilib. Dava da bununla başlayıb. Z.Əsgərovun sözlərinə görə, aşpazlar, ofisiantlar, hətta restoranın sahibi Mirtalib də onları döyüb.

 “Oazis”in sahibi Mirtalib Miri oğlu isə bu ittihamları rədd edir:

“Restoranda xanım kollektivi var. Kimsə qardaşı və həyat yoldaşı olmadan restorana gəlibsə, o demək deyil ki, kimlərsə onları narahat edə bilər. Xanımlar tanımadığı şəxslərin onlara qarşı kobud davranması və onları narahat etməsi ilə bağlı restoranın mühafizəçilərinə məlumat veriblər. Restoranın işçiləri məsələni aydınlaşdırmaq istəyərkən olay daha da böyüyüb və kütləvi davaya çevrilib. Masadakı boşqablar və pəncərələr sınıb. İşçilərdən 3 nəfər xəsarət alıb”.

Restoran sahibi mühafizəçilərin həmin şəxsə həyat yoldaşı ilə bağlı “get arvadına de, yaxasını bağlasın” məsələsinə də aydınlıq gətirdi:

 “Necə fikirləşirsiz, kim kimə elə söz deyər? Heç olmasa, elə bir şey uydursunlar ki, inandırıcı olsun. Mühafizəçi onun özünə irad tutub ki, paltarınızı düymələsəniz yaxşı olar, qarnınız çöldə qalıb. Həmin vaxtı da dava düşməyib. Davanın düşməyinə səbəb bunların mütəmadi olaraq yan masadakı xanımları narahat etməsi olub. Ən dəhşətlisi isə odur ki, həmin şəxsin xanımı ərinin başqa xanımlara söz atmasına haqq qazandırırdı. Biz onun əri ilə söhbət edəndə arvadı qışqırırdı ki, ər mənimdir, özüm bilərəm, yaxşı edir xanımlara ilişir”.

Restoran sahibi onu da dedi ki, elə dava da bu sözlərdən sonra baş verib. Biz həmin şəxsi sakitləşdirmişdik. O, içkili olduğu üçün nə danışdığını bilmirdi. Amma o, ofisiantı şapalaqladı, dava da ondan sonra düşdü. Videoda özünüz də görəcəksiniz ki, butulkaları işçilərimin başında necə sındırırlar, bıçağın arxası ilə dayanmadan yüzdən çox zərbə vurublar”.

Restoran sahibi ona dəyən zərərdən də danışdı:

“Yüzlərlə qab-qacaq sındırılıb. Qadın mühafizəçilərimiz olmadığı üçün hadisə zamanı dalaşanların xanımlarını sakitləşdirə bilmirdik, onlar da hər yeri sındırıb dağıtdılar. Təsəvvür edin ki, işçilərimizdən birini hovuza tullamışdılar, buraları xaraba qoyub getdilər”.

“Oazis”in sahibi bildirdi ki, dəyən zərərlə bağlı Binəqədi rayon məhkəməsinə müraciət edilib və zərərin ödənilməsi tələb olunur.

Restoran sahibi təhlükəsizlik kameralarının yaddaşında olan video-yazıları da sözlərinin təsdiqi kimi təqdim etdi.(axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Konfrans Liqası: "Zirə" Gürcüstanda cavab matçına çıxır

Konfrans Liqası: "Zirə" Gürcüstanda cavab matçına çıxır

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68-i üçün baş planlar hazırlanıb

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68-i üçün baş planlar hazırlanıb

Rusiya ordusu Kiyevə zərbə endirdi - Ölənlər var - FOTO

Rusiya ordusu Kiyevə zərbə endirdi - Ölənlər var - FOTO

Final fitindən sonra argentinalı futbolçuya şillə vurdu - Video

Final fitindən sonra argentinalı futbolçuya şillə vurdu - Video

Bakıda otelin saunasında yanğın: Qonaqlar belə təxliyə olundu - VİDEO

Bakıda otelin saunasında yanğın: Qonaqlar belə təxliyə olundu - VİDEO

Pulsuz mənzil və iş TƏKLİFİ- Bu kənd üçün yeni sakinlər axtarılır

Pulsuz mənzil və iş TƏKLİFİ- Bu kənd üçün yeni sakinlər axtarılır

Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ

Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ

Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir

Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir

Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar

Küçələrdə ölən aktrisanın sərvəti üzə çıxdı - Fotolar

Məğlubiyyəti həzm edə bilməyib söz atdı – Video

Məğlubiyyəti həzm edə bilməyib söz atdı – Video

Hüseyndən Zaur Kamala: "1500 manatımı qaytar"

Hüseyndən Zaur Kamala: "1500 manatımı qaytar"

Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı

Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı

Cibinizdə bir neçə yarpaq ağcaqanadları uzaqlaşdıra bilər — Hansı bitkidir?

Cibinizdə bir neçə yarpaq ağcaqanadları uzaqlaşdıra bilər — Hansı bitkidir?

DÇ-2026: Messinin iki ötürməsi ilə Argentina finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: Messinin iki ötürməsi ilə Argentina finala vəsiqə qazandı – VİDEO

ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO

Ceyhun Bayramov Rusiyaya yola düşdü – FOTO

Ceyhun Bayramov Rusiyaya yola düşdü – FOTO

XİN: Vurulan gəmidəki soydaşlarımız ölkəmizə təxliyə edildi

XİN: Vurulan gəmidəki soydaşlarımız ölkəmizə təxliyə edildi

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

İldırım zamanı harada gizlənmək təhlükəlidir? – Fizik qorunmağın elmi yollarını izah etdi

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

MİQ-də toplanan bal maaşa təsir edir? - AÇIQLAMA

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Osman Gündüz: “Süni intellekt müəllimi tam əvəz edə bilməz”

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

Üç BÜRC yaxın gələcəkdə böyük xoşbəxtlik yaşayacaq

End of content

No more pages to load

RADİO