Fransanın cənubunda leysan yağış daşqına səbəb olub. Rivyera şəhərində daşqın nəticəsində 2 nəfər ölüb, 1 nəfər də itkin düşüb. «Euronews» telekanalının məlumatına görə, Lordz şəhəri başda olmaqla, regionun bir çox yaşayış məntəqələrinə ziyan dəyib.
160 mindən çox sakin helikopterlərlə evakuasiya edilib.
Təbii fəlakətlə əlaqədar Fransanın cənubunda 4000-dən çox ev işıqsız qalıb.