Qazax və Hacıqabulda göldə boğulma hadisəsi baş verib.
Moderator.az APA-ya istinadən xəbər verir ki, Qazaxın Fərəhli kənd sakini 1993-cü il təvəllüdlü Ozan Rəşid oğlu İsmayılov göldə çimərkən boğulub.
Onun cəsədi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Hacıqabulun Birinci Udullu kəndi ərazisindəki süni göldə batdığı ehtimal olunan şəxsin axtarışları isə davam edir.