Moderator.az xəbər verir ki, Türkiyənin Artvin əyalətində tikintisi davam edən su anbarını havadan lentə almaq üçün uçurulan drone ətrafda uçan bir qartal tərəfindən parçalanıb.
xa0
Qartal pəncələri ilə pərlərindən tutduğu dronu yuvasına aparıb.
xa0

Dronu bir müddət yuvasında saxlayan qartal yenidən havaya qalxaraq makinanı yüksəklikdən yerə atıb.
xa0
Bu zaman görüntü qeydiyyatı edilmədiyi öyrənilən dron, düşdüyü yerdə parçalanmış halda tapılıb.
xa0

Son dövr geniş olaraq istifadə edilən dronların uçuş təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı təbii həyatda olan yırtıcı heyvanlar üçün də təhlükəli olduğu bilinir.
xa0
Kamran