Qərb mediası nədənsə üstündən 5 il keçməsinə naxmayaraq bu gün də Qəddafi ilə bağlı olan 2011-ci il hadisələrini qurdalamaqda davam edir.xa0
Xüsusən də Böyük Briyaniya mediası Liviyanın devrilən diktatorunun barəsində xüsusi materiallar hazırlayır, bu məqədlə Liviyaya gedir və orada məxsusi adamlarla görüşlər də keçirirlər. Bu yaxınlarda yenə də bu coğrafiyaya aid irland mediası Qəddafi ilə bağlı maraqlı bir detalı yenidən gendəmə gətirib.

Bu Qəddafinin sarayı yağmalanan zaman papağının oğurlanmasıdır ki, Qərb mətbuatı da bu faktda ayrıca bir rəmz axtarırlar.xa0
Moderator.az xa0da xa0hansısa məqsədlə yenidən xatırlanan həmin faktı diqqətə çatdıracaq:

2011-ci il... Qəddafi devrilib və xalq tərəfindən linç edilib. Ailəsindən isə kimin öldüyü və kimin qaldığı bilinmir. Bu cür şəraitdə üsyançılar Qəddafinin paytaxt Trablisdəki nağıllardakı dəbdəbələri belə geridə qoyan “Bab-əl Əziz”x9d sarayına basqın edirlər. Bu sarayda dikttaor ailəsi ilə yaşayar və qonaqlarını burada qəbul edərdi. Üsyançılar bahalı nə varsa, hamısını yağmalayır, məhv edirlər. Hətta bahalı saundakı daşlar belə yerindən çıxarılır. Divarlardakı bahalı rəsmlər, naxışlı ornamentlər məhv edilir. xa0Bu məqamda Əl Vindi adlı üsyançının hərəkəti isə bütün dünyada səs-sədaya səbəb olur. O, diktatorun yataq otağına girir, xa0onun qızıl zəncirini və papağını oğurlayır. Sonra aşağı enərək hamının qarşısında bu oğurluğu bəyan edir. Əl Vindi qeyd edir ki, Qəddafinin papağını atasına hədiyyə edəcək. Çünki Qəddafi rejimi onun atasına çox zülm edib. Qərb mediası nədəndə bu faktı bir daha xatırlamaqdadır. Çünki Şərq aləmində papağı oğurlamaq həm də ayrıca bir məna daşıyır...
Elmin Nuri