Goranboyda bir neçə gündür qəzalı vəziyyətdə olan binanın bir hissəsi uçub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 5 mərtəbəli binanın bloku uçub.
Bir neçə gün öncə 60 mənzilli binanın 5-ci girişində birinci mərtəbə uçmuşdu. Həmin gündən əhali təxliyə olunmuşdu, binada yaşayış yox idi.
Bu gün isə saat 21:30 radələrində həmin binanın 5-ci girişi tam olaraq çöküb. Xəsarət alan yoxdur.
Rayon icra hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin yerli qurumları hadisə yerindədir.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu