Son günlər Azərbaycanda bəzi müharibə veteranları və qazi təşkilatları Türkiyəyə müraciət edərək qardaş dövlətin PKK-ya qarşı apardığı hərbi əməliyyatları dəstəklədiklərini, habelə bu əməliyyatlarda iştirak etmək arzularını dilə gətiriblər. Müharibə veteranları bildirib ki, bunun üçün Türkiyə tərəfinin razılığı yetərlidir.
Maraqlıdır,
hansısa azərbaycanlının Türkiyəyə gedib PKK-ya qarşı döyüşlərdə iştirak etməsi
hüquqi məsuliyyətə səbəb ola, həmin şəxsin Azərbaycan qanunvericiliyi əsasında
cəzalandırılması ilə nəticələnə bilərmi? Ümumiyyətlə, qanunvericilikdə bu cür
hallar necə tənzimlənir?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Müzəffər Baxışov Türkiyəyə
gedib istər qanuni, istərsə də qanunsuz hərbi birləşmələrin tərkibində PKK-ya
qarşı mübarizə aparacaq azərbaycanlıların ölkə qanunlarına əsasən cəzalandırılacağını
bildirib:
“Əgər
bu gün kimsə və ya kimlərsə Türkiyəy gedib orada PKK qarşı mübarizə aparmaq
üçün qanunvericilikdə nəzərdə tuutlmayan silahlı birləşmələrin tərkibində
PKK-ya qarşı mübarizə aparsa, o zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
279-cu maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər. Əgər eyni əməl Türkiyə
Cümhurriyyətində də cinayət hesab edilirsə, o zaman belə bir addım atan şəxs Azərbaycanın
Cinayət Məcəlləsinin 12.1 və 279.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəkb
edilərək cəzalandırılacaq. Əgər kimsə Türkiyə Cümhurriyyətinə rəsmi müraciət edərək
PKK-ya qarşı mübarizə aparmaq istəyini bildirsə və Türkiyə tərəfi onu Türk
Silahlı Qüvvələrinin tərkibində mübarizəyə cəlb etsə, onda başqa bir problem
meydana çıxır. Azərbaycan Respublikası vətəndaşlığı haqqında qanunun 18-ci maddəsinə
görə, Azərbaycan Respublikasının vətəndaşı xarici ölkəyə məxsus hərbi hissədə
xidmətə cəlb olunsa, o zaman onun vətəndaşlığına xitam verilir”x9d.
Seymur
Əliyev