İlqar Altay: “Qəbələnin “qələbəsi”x9d!

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas və politoloq İlqar Altay facebook səhifəsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı status paylaşıb. Moderator.az həmin statusu oxuculara təqdim edir:

 

"Azərbaycan üçün növbəti nüfuzsalan "CP". Xalq üçün ictimai ağrılı hiddət, dövlət üçün başağrı, problem yaradan hadisə. Növbəti dəfə söz azadlığına dözümsüzlük, jurnalistə fiziki basqı və nəticə: ölüm! Gənc jurnalist Rasim Əliyev "Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynovu tənqidi barədəki bir fb statusuna görə həyatını itirdi...

Ölümün bilavasitə baş vermə səbəbi barədə. Rasim Əliyevin döyülmə nəticəsində aldığı travmalardan ölümünədək tibbi nəzarətdə oldugu xəstəxanadan hələ indiyədək qəribə də olsa, zərərçəkənin xəsarətləri, səhhətinin kliniki gedişatı, ölümünün qəti ya, ehtimali səbəbləri barədə açıqlama verməyib. Bununla belə, bu barədə bir müstəqil ekspert kimi ictimaiyyəti maraqlandıra, eyni zamanda istintaqa da mane olmaya biləcək bəzi mümkün fikirlərimi söyləyə bilərəm.

 

Rasim Əliyevin xəstəlikdən ölməsi barədə qərəzli və ya qərəzsiz söyləmələr variantı möcüzə qədər təsadüfi ola bilər və demək olar ki, mümkünsüzdür. Jurnalistin ölümü təbii ki, ona yetirilən fiziki xəsarətlər nəticəsində baş verib. Bu isə, iki variantda ola bilər.

 

Birinci variant döyülmə, küt zərbələr nəticəsində yetirilən kəllə qapağı və ya əsası sümüklərinin sınığı, baş beyin travması, beyin qansızmasıdır. Rasim Əliyevin sağ ikən yataqda sərbəst davranışı, adekvat reaksiya, aydın fikirlə danışıb, real müsahibə verməsi onda ölüm doğura biləcək baş, kəllə-beyin travması olmasını istisna edir.

 

İkinci variant alınan zərbələr nəticəsində daxili orqanların zədələnməsidir. Mərhum jurnalistin səhhətinin kliniki gedişatı barədə xəbərlərə əsaslansaq, onun əməliyyat ediblər və dalağı çıxarılıb. Bu da, o deməkdir ki, küt(təpik) zərbələr nəticəsində dalaq orqanı partlayıb. Dalaq orqanı isə regenerasiya, yəni özünübərpa xüsusiyyətinə malik deyil və zədələndiyi halda çıxarılmağa məhkumdur. Bir də, burada söhbət zərbələr nəticəsində qabırgalar sınması və ağ ciyərin qanaxma doğuran zədələnməsindən gedir. Ağ ciyərlər bəzən qabırga sınığı fraqmentlərinin iti bıcaq kimi onu deşməsindən yaralana bilir. Ya da, döş qəfəsinə dəyən agır küt zərbələrin təsirindən, kəskin silkələnmə nəticəsində ağ ciyər toxumasının tamlığı pozulur, yenə daxili qanaxma baş verir.

 

Belə halda, ölümü yaradan yekun(bilavasitə) səbəb kimi bu iki orqandan (dalaq, ciyər) birinin zədələnməsi ilə əlaqələndirmək olar. Burada ya, daxili qanaxma baş verib, həkimlər bunu vaxtında müəyyən etməyiblər. Ya da, ola bilsin ki, səbəb tromboemboliya olsun. Yəni, tam mümkündür ki, zədə almış orqanın birisinin qopmuş toxuma hissəcikləri qan-damar sisteminə düşərək, tıxac yaradaraq qəflətən ürəyin fəaliyyətini dayandırsın.

Burada az və ya çox dərəcədə həkim səhvi və ya səhlənkarlığı da ola bilər. Ancaq istənilən halda, tibbi-ekspertiza və hüquqi qiymətləndirmədə bütün bu fəsadların ilkin, əsas və başlıca səbəbi sürəkli döyülmədir, küt (təpik, yumruq) zərbələrdir, bunu yetirən bir qrup insanın qanunsuz hərəkətləridir.

 

Hətta, ölüm baş verməsəydi belə, bir qrup idman hazırlığlı insanın hazırlıqsız bir jurnalistin qəflətən üstünə düşüb qəddarcasına (əl-qol zərbələri ilə vurub yıxandan sonra, yerdə də təpiklə zərbələrə davam ediblər) sürəkli döyməsi qatı xuliqanlıq, qəsdən bədənə həyat üçün təhlükəli agır xəsarət yetirmə və öldürməyə qəsd kimi ağır cinayətlərdir. Bunlar da Azərbaycan Respublikası Cinayət Məcəlləsində şəxsiyyət, həm cəmiyyət əleyhinə ictimai təhlükəli və müvafiq cəzalı əməl kimi tövsif olunub. Yəni, bir idmançının, onun çox yaxın ətrafının və ya "Qəbələ"-Cavid tərəfkeşlərinin yersiz, qeyri-adekvat hikkəsindən doğan qanunsuz hərəkəti, onun da doğurduğu yersiz və zamansız faciə ortadadır.

 

Məsələnin tibbi və hüquqi tərəfləri barədə ilkin məlumat və müşahidələr əsasında gəldiyim müstəqil qənaət bu qədər. Daha müfəssəl məlumatı təbii ki, bilavasitə təhqiqat və istintaq imkanlı rəsmi dövlət orqanları verə bilərlər. Hadisənin kifayət qədər ictimai ağrı, rezonans yaratması, həm də ictimaiyyət üçün açıq və demək olar ki, qaranlıq məqamlarsız baş verməsi istintaqın tam obyektiv aparılmalı olacağını təmin edir".

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Cinayətkar Tayqa meşəsində gizləndi: 8 il sonra saxlanıldı

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

End of content

No more pages to load

RADİO