Yunanıstanın defoltundan əvvəlki vəziyyətinə nəzər salanda Azərbaycanda heç də fərqli olmayan durumla üzləşirik. Belə ki, orda da məmur və işçilərin 37%-i ixtisara düşmüşdü. Orda da qeyri-sənaye müəssisələrinə həddindən artıq pul xərclənir, sənaye sektoruna isə fikir verilmirdi. Orda da maaşlar hardasa 33% endirilmiş, bank sistemi çökmüşdü və s. Nəticədə bir müddətdən sonra ölkənin iflasının qarşısını almaq mümkün olmadı. Bizdə isə, üstəlik, manatın kursunun sabit saxlanması üçün valyuta ehtiyatımız sürətlə əridilir.
Görəsən, belə olan təqdirdə Azərbaycanın da defolt olma ehtimalı varmı? Bu və digər suallarla eks-spiker Rəsul Quliyevə müraciət etdik.
Moderator.az eks - spikerin "Hürriyyət" qəzetinə verdiyi açıqlamasını təqdim edir:
Öncə
Yunanıstandakı prosesləri şərh edən eks-spiker hesab edir ki, əslində, bu ölkənin
problemi Avropa Mərkəzi Bankının tələblərini yerinə yetirməməsindən
qaynaqlanır: “Yunanıstan valyuta olaraq Avropa İttifaqının avrosunu işlədən ölkələrdən
biridir. Avropa ittifaqına daxil olan ölkələrin 40 faizi - məsələn, İngiltərə, Polşa,
İsveç və başqaları öz milli valyutalarından istifadə edir, ona görə Avropa Mərkəzi
Bankının qaydalarına tabe deyillər. Yunanıstan isə avrozonada olduğu üçün maliyyə
sistemi Avropa Mərkəzi Bankının nəzarətindədir və onun tələblərini yerinə
yetirməlidir, əks halda kredit xətti bağlana bilərdi. Kredit xəttinin
bağlanması isə sınıq ayaqlar üzərində dayanmış Yunanıstan finansının qəbirə
gömülməsi ilə nəticələnərdi”x9d.
R.Quliey
deyir ki, Yunanıstanın düçar olduğu iqtisadi böhranın oxşarı bir neçə il bundan
öncə İtaliyada başladı və onun ardınca İspaniya və Potuqaliyada davam etdi.
Ancaq hər 3 ölkənin istər sağçı, istərsə də solçu hökumətləri siyasətlərini
düzgün müəyyənləşdirdilər. Büdcə kəsirini aşağı salmaq üçün hər hökumətin risk
edə bilmədiyi sosial proqramları azaltdılar, dövlət aparatında işləyənlərin önəmli
qismini ixtisara saldılar. Sağlam finans sistemiylə indi hər 3 ölkə
inkişafdadır.
“Avropa
ölkələri içərisində Yunanıstan həmişə məsuliyyətsizliyi ilə fərqlənib. Qərb
olmasaydı, 2-ci dünya müharibəsindən sonra Stalinsayağı diktatura qururdular.
Bu ölkə iqtisadi göstəricilərinə görə, Avropa İttifaqının zəif həlqələrindən
biridir. Ümumi Daxili Məhsulunun həcmi Avropa İttifaqının Ümumi Daxili Məhsulunun
cəmi 2 faizini təşkil edir. İndiki baş
nazir qısa bir zamanda hakimiyyətə gəlmək naminə söylədiyi və uçuruma
yuvarlanması labüd olan avanturist yalanlarının xarabalıqları altında dəfn
olunacaq. Ancaq onun Yunanıstana vurduğu yaraların müalicəsi xeyli
uzanacaq. Hökumətdə olan bu insana qazandığından artıq yeyə bilməməyi başa sala
bilmədilər. Çox asanlıqla başa düşülən “əgər bir kq çörək istehsal edirsənsə, 2
kg yeyə bilməzsən”x9d məntiqini yunan höküməti anlamadı və nə məqsədlə referendum
keçirdiyi də məlum deyil”x9d - deyə eks-spiker bildirib.
Rəsul
Quliyevin fikrincə, yunan baş nazir Rusiya prezidentinin məsləhətlərinə əməl etdiyi
üçün ölkəsi defol vəziyyətinə gəlib: “Ola
bilər, ölkəsini qumara qoymuş ağılsız dostu Putinin məsləhəti ilə bu işi görüb.
Referendumdan sonra birinci Putinə zəng etməsi də bu ehtimalı təsdiqləyir.
Dövlət
aparatının xərcini 30 yox, 50 faiz azalt”x9d, “pensiya yaşını 3 il artır”x9d kimi tələbləri
“bizə təzyiq edirsiniz”x9d kimi qəbul edən baş nazirə məsələn, “bizdə - Almaniyada
hər 5 milyon məhsul istehsalına bir çinovnik düşürsə, nəyə görə Yunanıstanda 1
milyon məhsul istehsalına bir çinovnik düşməlidir?”x9d, yaxud “Nəyə görə İtaliyada hər 1000 işçinin
müqabilində 5 pensioner var, Yunanıstanda bu rəqəm 10 nəfər səviyyəsindədir?”x9d
kimi həqiqətləri anlatmaq mümkün olmadı(Bu rəqəmlər statistik faktlara əsaslanmır,
sadəcə, fikri daha rahat izah etmək üçün misal olaraq çəkilir-red.).
Adambaşına
ildə 24 min dollarlıq məhsul istehsal edən Yunanıstanın vətəndaşları ildə 40
min dollarlıq məhsul istehsal edən Holland vətəndaşları kimi yaşaya bilməz.
Yunanıstan liderləri isə “biz əgər ittifaqın üzvüyüksə, siz gərək bizi də
dolandırasınız”x9d prinsipi ilə yaşamağı təkilf edir. Onsuz da ABŞ-dan fərqli
olaraq, Avropa ölkələrində sosialist prinsiplər daha geniş yayılıb. Ancaq
Yunanıstanın tələbi bolşevizmə yaxınlaşan izafi sosializmidir”x9d.
Eks-spiker
bu fikirdədir ki, Yunanıstanın referendumu ölkənin maliyyə vəziyyətini qat-qat
ağırlaşdıracaq və böyük ehtimalla, Yunanıstan avrozonadan qırağa atılacaq.
Yeri gəlmişkən,
son vaxtlar Yunanıstanın əleyhinə yeni xəbərlər yayılıb. Bildirilir ki, baş
nazir NATO-nun hərbi sirlərini Rusiyaya ötürüb. Bu məsələyə münasibət bildirən
R.Quliyev hesab edir ki, sözügedən məlumat təsdiqlənsə, Yunanıstan həm Avropa İttifaqından,
həm də NATO-dan uzaqlaşdırılacaq: “Yunan xalqı heç vaxt belə yaramaz siyasəti qəbul
etməz və o, özünü Avropanın tərkib hissəsi hesab edir. Yəni hadisələrin belə
inkişafının qarşısını almaq üçün cənab Çipras istefaya göndəriləcək, yeni hökumət
bütün tələbləri qəbul edəcək. Sirləri vermək faktına görə hətta onu həbs edə də
bilərlər”x9d.
Azərbaycana
gəlincə, Rəsul Quliyev bizim ölkə barədə daha bədgümandır: “Avropanın 3 dövləti
- Avstriya, Çex və Yunanıstan əhalisinin sayına görə Azərbaycanla eynidir - 10
milyon ətafında. Hər 3 dövlətin Azərbaycandan fərqli olaraq təbii sərvətləri
yoxdur. Bir illik məhsul istehsalı Avstriyada 400, Yunanıstanda 240, Çexiyada
205 və Azərbaycanda isə 80 milyard (neft qaz xammalın satışından gələn valyuta
ilə birlikdə) dollar həcmindədir. Bu ölkələrin hər 3-ü Avropa Mərkəzi Bankının
kredit siyasətinə bağlıdır və böyük vəsaitlə müxtəlif finans xətalarından
asanlıqla müdafiə olunurlar. Ona görə bu ölkələrdə qəfildən, yəni bir ilə və ya yarım ilə heç
vaxt iflas baş verə bilməz. Məsələn, Yunanıstanın bu gün iflasın astanasına gəlib
çıxması 10 il müddətində baş verib. Heç bir beynəlxalq strukturlarda (AMF,DB)
müdafiə sisteminə qoşulmamış və ancaq qaz-neft resurslarından asılı olan Azərbaycan
kimi ölkələrdə iflasın başlaması və xaosla nəticələnməsi bir ay ərzində baş verə
bilər”x9d.
R.Quliyevə görə, Azərbaycan dövlət büdcəsindən xərclərini ildə azı 6 milyard azaltmasa, ölkəni defoltdan, manatın tam dəyərini itirməsindən heç kim xilas edə bilməz.