Moderator.az xəbər verir ki, millət vəkili Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyin qəbul edilməz olduğunu bildirib:
"Avropanın Liqasında I təsnifat mərhələsində "Qəbələ" (Azərbaycan) - "Dinamo" Tiflis (Gürcüstan) klubları arasındakı qarşılaşma və ondan sonra baş verən xoşagəlməz hadisənin araşdırılacağı ilə bağlı Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin açıqlaması və bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinə tapşırıq verməsi çox önəmli idi. Çünki oyun zamanı bəzi şəxslərin “Qəbələ”x9d azarkeşlərinə hücum etməsi, Azərbaycan bayrağının təhqir etmələri,Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik olan bəzi yazıların olduğu löhvələr qəbul edilməzdir və sosial şəbəkələrdə yayılan bu görüntüləri hər bir azərbaycanlı qətiyyətlə pisləyir və iki dost ölkə arasında münasibətlərə zərbə vuran bu təxribatçıların tezliklə tapılaraq layiqli cəzalarını almalarını istəyirdilər. Baş verən hadisə ilə bağlı biz də bir sıra Gürcü həmkarımıza öz naharatlığımızı ifadə etmişdik. Ümid edirik ki, Gürcüstan Daxili İşlər nazifrliyi çox böyük həssaslıq və üzüntü yaradan bu xoşagəlməz hadisə ilə bağlı tezliklə onu törədən təxribatçıları üzə çıxaracaq, onların kimliyi,əsl məqsədləri cəmiyyətə tam açıqlanacaq. Gürcüstan baş naziri bu işin arxasında Gürcüstan-Azərbaycan münasibətlərinə zərər vurmaq istəyənlərin dayandığını açıq şəkildə bildirib və ümid edirik ki qısa zamanda onların kimliyi və məsuliyyətə cəlb olunmaları ilə bağlı açıqlamaları da eşidəcəyik. Mən də inanıram ki, həmin şəxslər məhz Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vurmaq üçün bu addımı atıblar. Azərbaycan dövlətinin bayrağına, ərazisinə və insanımıza qarşı edilmiş təxribatı törədənlərin qısa zamanda tapılıb layiq olduqları cəzanın verilməsi bu kimi təxribatlar düşüncəsində olanlar üçün də yaxşı bir dərs olar. Ona görə də dost Gürcüstan dövləti rəsmilərindən qısa zamanda bu məsələ ilə bağlı geniş açıqlama verəcəyini gözləyirik.