“Bir vaxtlar erməni qızı almaq uğrunda Bakıda növbəyə düzülürdülər”x9d

Moderator.az xəbər verir ki, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış pedaqoq və tarixçi Dilavər Əzimli azərbaycanlı güləşçi Həsən Əliyevin yarımfinalda erməni idmançısı Miqran Arutyunyana məğlub olmasına görə səsləndirilən qınaqlara kəskin etiraz edib. D.Əzimli idmanın siyasiləşdirilməsinə qarşı çıxıb və ermənilərə hansısa yarışda deyil, Qarabağ məsələsində qalib gəlməyin zəruriliyini vurğulayıb:

“Azərbaycan idmançısının erməniyə uduzmasını az qala faciəyə çeviriblər. Bu nə düşüncədir bu millətə aşılayırlar? Bu mənada Mirzə Xəzərin statusunu bəyənirəm. İdman və musiqidə millət anlayışı yoxdur. Biz ermənilər üzərində o zaman bayram edə bilərik ki, Qarabağımızı geri qaytara bilək. Azərbaycan idmançısını ittiham edənlər elə hərəkət edirlər ki, sanki Qarabağı ermənilərə o, verib.

Ayıbdır, cənablar! Özünüzə gəlin. Bu düşüncədən uzaq olun. Bizim idmançı ermənini udsaydı nə olacaqdı? Bu qol gücüdür. Hünəriniz var, siz ortaya çıxıb ermənini yıxın. İdmanı siyasiləşdirmək olmaz. Telekanallarımızda lüt müğənnilər millətə qeyrət dərsi keçir, ona dinmirlər. İdmançımız erməniyə məğlub olur, ona qarşı hücuma keçirlər. Bəlkə unutmusunuz o zamanları ki, erməni qızı almaq uğrunda Bakıda növbəyə düzülürdülər. Çünki erməni qızı almaq vəzifə vəd edirdi. Çoxlarımızda erməni məhəbbəti o qədər yüksək idi ki, millətimizə yuxarıdan aşağı baxırdıq.

Dostlar, bir daha səsələnirəm, idmanın bu məsələyə dəxli yoxdur. Biz Qarabağı uduzduq. O zaman sevinərik ki, onu geri qaytaraq.

Əziz idmançı qardaşım, fikir etmə və sənə qarşı hücuma keçən səviyyəsizlərə də fikir vermə. Elə bil ki, erməniyə deyil, kiməsə də uduzmusan. İdmanın qaydası belədir. Görünür ki, hazırlığında nə isə çatışmır. Hamı bilməsə də, şəxsən mən bilirəm. Çünki yaxın qohumlarımdan idmançılar vardır. Onlara hazırlıq mərhələsində ayrılan pullar kimlərsə tərəfindən yeyilir. Onlar da bəzən yaxşı hazırlaşa bilmirlər. Yəni, toplanış məntəqəsində bir ay əvəzinə on gün qalırlar. Çünki digər günlərin pulları yeyilir. Bu da sonradan, yəni mötəbər yarışlarda özünü göstərir. Çox istərdim ki, uduzan idmaçımızı qınayanlar, "diputatlar" bu məsələyə də diqqət ayırardılar”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sentyabrda Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək

Sentyabrda Azərbaycan-Paraqvay Siyasi və İqtisadi Forumu keçiriləcək

Pərviz Şahbazova AĞIR İTKİ

Pərviz Şahbazova AĞIR İTKİ

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq – Saxlanılan var

Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq – Saxlanılan var

Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

TDT-nin Baş katibi: “Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir”

TDT-nin Baş katibi: “Birinci Türkoloji Qurultayın ideyaları bu gün də Türk dünyasının inteqrasiyasına xidmət edir”

Sükan arxasında telefondan istifadə edən sürücülərə XƏBƏRDARLIQ

Sükan arxasında telefondan istifadə edən sürücülərə XƏBƏRDARLIQ

Avarçəkənimiz qızıl medal qazandı – FOTO

Avarçəkənimiz qızıl medal qazandı – FOTO

TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO

TDT ölkələrinin rəsmiləri Fəxri Xiyabanı və Zəfər abidəsini ziyarət etdilər – FOTO

Xoruldayan kişilər həyat yoldaşlarının ömründən “oğurlayır”lar – ARAŞDIRMA

Xoruldayan kişilər həyat yoldaşlarının ömründən “oğurlayır”lar – ARAŞDIRMA

Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın BAŞ HƏKİMİ DƏYİŞDİ – FOTO

Keçmiş nazirin ailəsinə məxsus xəstəxananın BAŞ HƏKİMİ DƏYİŞDİ – FOTO

Ramil Şeydayev bu klubla danışıq aparır

Ramil Şeydayev bu klubla danışıq aparır

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Hacı Surxaydan məsciddə çəkilmiş görüntülərlə bağlı– Açıqlama

Qivami Qazıyev VƏFAT ETDİ

Qivami Qazıyev VƏFAT ETDİ

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?

DİQQƏT! Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

DİQQƏT! Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

Bəraət hökmü yalnız bu hallarda çıxarıla bilər - Hakimdən AÇIQLAMA

Bəraət hökmü yalnız bu hallarda çıxarıla bilər - Hakimdən AÇIQLAMA

Avropanı bürüyən “SƏSSİZ QATİL” – Ölənlərin sayı 1300-ü keçdi

Avropanı bürüyən “SƏSSİZ QATİL” – Ölənlərin sayı 1300-ü keçdi

28 kq narkotiklə saxlanılan şəxs həkim imiş... – VİDEO

28 kq narkotiklə saxlanılan şəxs həkim imiş... – VİDEO

Qırğızıstan Prezidenti: “Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur”

Qırğızıstan Prezidenti: “Birinci Türkoloji Qurultayın irsi bu gün də aktuallığını qoruyur”

Sərnişin daşımalarda mühüm DƏYİŞİKLİK

Sərnişin daşımalarda mühüm DƏYİŞİKLİK

Kredit götürərkən bu məqamlara diqqət edin –VİDEO

Kredit götürərkən bu məqamlara diqqət edin –VİDEO

Nazir komandiri işdən çıxardı - FOTO

Nazir komandiri işdən çıxardı - FOTO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edildi – VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edildi – VİDEO

Tokayev: “Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur”

Tokayev: “Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur”

End of content

No more pages to load

RADİO