Müəllimlərin həftəlik 1 stavka dərs yükü 18 saat olacaq- Qaydalar açıqlandı

Azərbaycanın təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi qaydaları açıqlanıb.
 
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında”x9d qərarına uyğun aparılmaqla vakant yerlər müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkadan çox olmamalıdır) müəyyən edilir. Vakant dərs yükü 12 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən, müəyyənləşdirilmiş həftəlik dərs yükü 12 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
 
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmiş müəllimlərin dərs bölgüsü aparılarkən müəssisələrdə işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkadan çox olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən, müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
 
Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin maddəsi və nazirliyin əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar 6 (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, “Ən yaxşı müəllim”x9d müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) gözlənilməklə müəssisə rəhbəri tərəfindən hər dəfə 1 il olmaqla 5 ildən çox olmayaraq uzadıla bilər. Çalışmanın yaş hədinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilmiş meyarlar gözlənilməklə tabelik üzrə idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
 
Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimin yerinə müddətli əmək müqaviləsi ilə işə götürülən işçilərə həmin dərs yükü verilir və tarifləşmə cədvəlində qeyd edilir. Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı gündən ləğv olunur.
 
Ümumi təhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən, ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər. Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” yenə “Sabah”a uduzdu - VİDEO

“Qarabağ” yenə “Sabah”a uduzdu - VİDEO

Nazir Yaxın Şərqi onunla da müzakirə etdi - FOTO

Nazir Yaxın Şərqi onunla da müzakirə etdi - FOTO

"Teşkilat"ın izləyicilərinə pis xəbər

"Teşkilat"ın izləyicilərinə pis xəbər

Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib - FOTO

Mixail Zabelin yenidən Azərbaycanın Rus İcmasının sədri seçilib - FOTO

Ayandan diqqətçəkən AÇIQLAMA: “Kürd olduğum halda…” - VİDEO

Ayandan diqqətçəkən AÇIQLAMA: “Kürd olduğum halda…” - VİDEO

Kişilərdə sonsuzluğuna səbəb olan İDMAN NÖVLƏRİ

Kişilərdə sonsuzluğuna səbəb olan İDMAN NÖVLƏRİ

ABŞ Yaxın Şərqdə əməliyyatları genişləndirir: Hazırlıqlar BAŞLADI- VİDEO

ABŞ Yaxın Şərqdə əməliyyatları genişləndirir: Hazırlıqlar BAŞLADI- VİDEO

ADNSU-da 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi keçirilir

ADNSU-da 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi keçirilir

Kiyevdə silahlı hücum zamanı ölənləri SAYI ARTDI

Kiyevdə silahlı hücum zamanı ölənləri SAYI ARTDI

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur aktrisa vəfat etdi - FOTO

Türkiyənin ordu generalı Liviyada hərbi təlimdə - FOTO

Türkiyənin ordu generalı Liviyada hərbi təlimdə - FOTO

Nazir forum çərçivəsində keçirilən görüşlərin detallarını AÇIQLADI

Nazir forum çərçivəsində keçirilən görüşlərin detallarını AÇIQLADI

Traktora qoşulan texnika 25 yaşlı gəncin ölümünə səbəb oldu

Traktora qoşulan texnika 25 yaşlı gəncin ölümünə səbəb oldu

Göyçayda bıçaqlanan şəxsin durumu ağırdır – TƏBİB-dən AÇIQLAMA

Göyçayda bıçaqlanan şəxsin durumu ağırdır – TƏBİB-dən AÇIQLAMA

Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib - FOTO

Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib - FOTO

Xırdalanda maşınla vurulan 9 yaşlı uşaq dünyasını dəyişdi

Xırdalanda maşınla vurulan 9 yaşlı uşaq dünyasını dəyişdi

İrandan sonra diqqət bu prosesə yönəlməlidir - Fidan

İrandan sonra diqqət bu prosesə yönəlməlidir - Fidan

İran səfiri Hindistan XİN-ə çağırıldı

İran səfiri Hindistan XİN-ə çağırıldı

Ev yeməyinə QAYIDIŞ – Restoranlar üçün hansı problemləri yaradır?

Ev yeməyinə QAYIDIŞ – Restoranlar üçün hansı problemləri yaradır?

Bu il kim olacaq? - 36 illik ənənə

Bu il kim olacaq? - 36 illik ənənə

Ceyhun Bayramov görüş zamanı albaniyalı həmkarını təbrik etdi - FOTO

Ceyhun Bayramov görüş zamanı albaniyalı həmkarını təbrik etdi - FOTO

Sabah yola çıxanların DİQQƏTİNƏ!

Sabah yola çıxanların DİQQƏTİNƏ!

“Beşiktaş” bu futbolçu ilə yollarını ayıracaq

“Beşiktaş” bu futbolçu ilə yollarını ayıracaq

Külli miqdarda narkotiki Azərbaycana keçirərkən yaxalandı

Külli miqdarda narkotiki Azərbaycana keçirərkən yaxalandı

End of content

No more pages to load

RADİO