Hüquq müdafiəçisi Taleh Xasməmmədovun Göyçay rayon İcra Hakimiyyətinin başçıs Mübariz Ağayevin göstərişi ilə şərlənərək həbs olunması və son günlər onun həbsxanada üzləşdiyi zorakalıqlar sosial şəbəkələrdə geniş müzakirə olunur. Olayla bağlı “Siyasi Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev özünün Facebook səhifəsində maraqlı status paylaşıb. Moderator.az həmin statusu olduğu kimi təqdim edir:
“... Ölkədə hüquqi nihilizm hökm
sürür. 20 gün öncə günün günorta çağı, küçədə, camaatın gözü qarşısında, ailəsinin
yanında primitiv şəkildə şərlənərək həbs edilən hüquq müdafiəçisi, keçmiş
"vicdan məhbusu" Taleh Xasməmmədov ona qarşı edilən haqsızlıqlara
dözməyərək özünə qəsd edib. Taleh bəy 20 gündür ki, xarici aləmdən büsbütün təcrid
edilmiş şəkildə girov saxlanılır. O səviyyədə təcrid olunub ki, ötən 20 gündə nə
ailəsi, nə vəkili, nə də digər hər hansı tanıdığı şəxslərlə təmas qurmasına
imkan verilməyib. Hətta bir neçə gün öncə tək bacının xeyr işini- ailə qurması
münasibəti ilə təbrik etmək üçün onunla əlaqə saxlamağa, zəng etməyə belə imkan
verməyiblər. Bunlar az imiş kimi ona psixoloji təzyiqlər edilib. Qanunsuz şəkildə
şərlənərək həbs olunmasına, ona qarşı edilən haqsızlıqlara etiraz əlaməti
olaraq T. Xasməmmədov 10 gün imiş ki, aclıq aksiyası keçirirmiş. Onun bu hərəkətlərinə
lağ edib onu ələ salan Penitensiar Xidmətin əməkdaşları Taleh bəyi 2 saylı
İstintaq Təcridxanasında ruhi- əsəb problemləri olan şəxslərlər bir yerdə
saxlayıb ona psixoloji təzyiq ediblər. Hüquq müdafiəçisi ona qarşı edilən təhqirlərə,
psixoloji təzyiqlərə dözməyərək özünə qəsd edib- bədənini doğrayıb. Hazırda o
Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir. Vəziyyəti çox ağırdır. Dəfələrlə
cəhd etsək də qanunvericiliyə zidd olaraq onunla nəinki görüşə, hətta hər hansı
doğru- dürüst rəsmi məlumat belə ala bilmədik.
Çox çətinlikdən sonra yalnız dünən
Taleh Xasməmmədovun anası və qardaşı Penitensiar Xidmətin Müalicə Müəssisəsində
onunla görüşə biliblər. Təəssüf ki, Taleh bəyin səhəti və onun başına gətirilən
son olaylar təsdiqini tapıb. Görüşdən sonra ailə üzvləri bildiriblər ki, Taleh
bəyin vəziyyəti çox ağırdır, böyrəklərinin biri işləmir. Hər an əməliyyat oluna
bilər. T. Xasməmmədov bizə göndərdiyi məktubda da üzləşdiyi qanunsuzluq və
fiziki zorakalıq barədə yazıb. Mən həmin məktubu öz facebok səhifəmdə dərc edirəm,
özünüz oxuyun qiymət verin.
... Ölkədə və Penitensiar Xidmətdə
hökm sürən hüquqi nihilizmlə bağlı daha bir faktla yaxından tanış olun.
Doğrudan da ölkəmizdə analoqu olmayan "inkişaf" hökm sürür. Amma
geriyə- əcaibliyə doğru...
... Görün nə qədər əcaib bir ölkədə
yaşayırıq. Başqalarının hüquqlarını müdafiə edən, buna görə qanunsuz həbs həyatı
yaşayan, nufuzlu Amnestyu İnternational təşkilatının "vicdan məhbusu",
AŞPA həmməruzəçisi Ştrasserin siyasi məhbus siyahısında yer almış tanınmış
hüquq müdafiəçisinin hüquqları o dərəcədə tapdanır və alçaldılır ki, o özünə qəsd
edir.
... Taleh Xasməmmədovun həbsinin arxasında Göyçay rayon icra hakimiyyətinin
başçısı Mübariz Ağayevin dayandığı bildirilir. Azərbaycanda "kiçik
padişahlar"-ın mövcudluğu və onların əllərinin çox uzun olduğu, polis,
prokuror, məhkəmə sistemini qarışdırdığını, oralarda söz sahibi olduğu Lamiyə
Quliyeva məsələsində bir daha gün kimi ortaya çıxdı. Həyatda bütün müqayisələr
qüsurlu olsa da Taleh Xasməmmədovun başına son gətirilənlərin arxasında da
"kiçik padişahlar"- ın dayandığına əminəm. İnsanlarımızın növbəti
"Lamiyə olayı"-nı yaşamasını istəmiriksə haqsızlığa, ədalətsizliyə
"kiçik padişahlar"- ın fironluğuna gəlin hamılıqla etiraz edək,
"dur" deyək. Gəlin heç olmasa bu məsələdə növbəmizi gözləməyək, sonra
gec olacaq!”x9d