Millət vəkili Elman Məmmədov Moderator.az-a açıqlamasında I Avropa Oyunları və bu oyunlarla bağlı gözləntisi haqqında maraqlı fikirlər səsləndirib. Azərbaycanın məlum beynəlxalq tədbirə layiqincə ev sahibliyi edəcəyindən əmin olduğunu vurğulayan millət vəkili, yarışlarda da azərbaycanlı idmançıların böyük müvəffəqiyyətlər qazanacağını bildirdi:
“Bu gün bəzi yerli və
xarici qüvvələr I Avropa Oyunları haqqında həqiqətə zidd olan, böhtan
xarakterli fikirlər səsləndirirlər. Son 10-15 ildə Azərbaycanda keçirilən beynəlxalq
tədbirlərə, respublika daxili siyasi kampaniyalara nəzər salsaq, eyni mənzərənin
şahidi olacayıq. Azərbaycan xalqına, dövlətinə, iqtidarına qarşı şər-böhtanla məşğul
olan qüvvələr xaricdəki havadarlarının göstərişi ilə bu gün də həmin
kampaniyaya qoşulublar və hətta öz aktivlikləri sayəsində onlardan da xeyli
qabağa gediblər. Azərbaycan respublika daxili və beynəlxalq səviyyəli tədbirləri
hər zaman yüksək səviyyədə keçirdiyi kimi, I Avropa Oyunlarını da ölkəmiz
uğurla keçirəcək. Azərbaycan sadəcə ev sahibliyi funksiyasını müvəffəqiyyətlə həyata
keçirməklə deyil, həm də yarışlarda yüksək nəticələr göstərməklə tarixi bir
uğura imza atacaqdır”x9d.
Seymur Əliyev