Qarabağı almağa çox az qalıb - FOTO

"Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, biz buna nail olmaq üçün daha da güclü olmalıyıq". 

Bu barədə bu gün Bərdə şəhərinə səfəri çərçivəsində “ASAN Xidmət”x9d mərkəzinin açılışından sonra rayon ictimaiyyəti ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bütün beynəlxalq hüquq normalarının Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edib: “Tarixi ədalət də bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi dəstəkləyir. Dünən Pakistan prezidenti ilə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməsi məsələsi öz əksini tapıb. Bu ayın əvvəlində mən Bolqarıstanda oldum, orada da strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Həmin bəyannamədə də eyni cümlələr öz əksini tapıb”x9d.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsas şərtdir: “Əgər bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunsaydı, çoxdan həll olunardı. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, qətnamələri icra etmir, belə olan halda biz ancaq öz gücümüzə güvənməliyik, və güvənirik. Ordu quruculuğu, güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər gün bizim qələbəmizi yaxınlaşdırır”x9d.

Dövlət başçısı qeyd edib ki, təmas xəttində son aylar ərzində Azərbaycan tam şəkildə üstünlüyünü təmin edib: “Bizim orduda xidmət edən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar və düşmənə çox güclü zərbələr vururlar. Belə də olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik, səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi və hərbi gücüdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. “Asan Xidmət”x9di biz Şuşada da yaradacağıq”x9d.














































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Ürəyi ən təmiz 5 BÜRC

Ürəyi ən təmiz 5 BÜRC

"Valideynlər, həyəcan təbili çalınır"

"Valideynlər, həyəcan təbili çalınır"

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Bakıda ucuz və sənədli torpağı haradan almaq olar? - ƏRAZİLƏR

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Xameneinin müavini yol qəzasında HƏLAK OLDU

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Rəqsanənin qızı adını dəyişdi - FOTO

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəzifə yüksəlişi gözlənilən BÜRCLƏR

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Vəfat edən şəxsin pensiya kapitalı hara gedir? - Bu şəxslər onu ala bilər

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

Şahbaz Şərif Türkiyə və İrana GEDİR

ARB tanınmış müğənniyə qadağa qoyub?

ARB tanınmış müğənniyə qadağa qoyub?

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

Cüdoçularımız qitə birinciliyinə 2 QIZIL medalla başladılar

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

“Nemetskiy şot” olur” - Həmin fotodan DANIŞDI

Bakıda qadın evinin həyətində ölü tapıldı

Bakıda qadın evinin həyətində ölü tapıldı

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 1700-ü KEÇDİ - FOTO

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

Vuçiçdən bəyanat: "Bir neçə həftəyə postumu tərk edirəm”

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

"Spudls" yaşı ilə rekordlar kitabına düşdü

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Bəqai: “İran Dohada danışıqlar aparmağı planlaşdırmır”

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Hazırda dünyanın ən varlı adamları - SİYAHI

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Türkiyə mediası Azərbaycanın bu kəndindən yazdı – FOTO

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Misir Mərdanovdan Emin Əmrullayevin qərarına REAKSİYA

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" – VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO