Rusiya
Prezidenti Putinin haqqında müəmmalı xəbərlər dolaşır. Gah onun İslamı qəbul
etdiyi, gah da öldüyü bildirilir. Qeyd
edək ki, xüsusilə son şaiyənin yayılmasının ciddi əsasları da var. Bu gün
Qazaxıstanın paytaxtı Astanada keçirilməsi nəzərdə tutulan beynəlxalq sammitdə
Putinin gözə dəyməməsi və məhz bu səbəbdən toplantının təxirə salınması
şaiyələrin inandırıcılığını artırır. Bəs, Putinlə bağlı xəbərlər doğrudursa,
regionda və dünyada nələr baş verə bilər?
Moderator.az-ın
sualını cavablandıran iqtisadçı ekspert Elçin Qurbanov maraqlı açıqlamalar
verdi. Bəzi məqamlarda hətta qeyb aləmdən verilmiş proqnozlara bəznəzəyən
açıqlamasında ekspekt ilk öncə Putinin İslam dinini qəbul etməsi ehtimalından
danışdı: “Xəbər əgər doğrudursa, bu din dəyişikliyi əzilən bütün xalqlar
arasında onun mövqeyini möhkəmləndirə bilər”x9d.
Səmadan yerə endirilən sonuncu
dinin bu səviyyədə qəbul
edilməsini həm də Rusiya cəmiyyətinin sağlam gələcəyi üçün yeganə qarant
olduğun inanan E. Qurbanov fikrini belə davam etdirdi: “Mənəvi cəhətdən ciddi şəkildə
deqrodasiyaya uğrayan Rusiya gəncliyi, dolayısıyla
bu ölkənin genefondu çox böyük təhlükə altındadır. Alkoqolizm,
narkotika aludəçiliyi, davamsız ailə münasibətləri, pul hərisliyi və digər zərərli
xüsusiyyətlərin cəmiyyətdə təşəkkülü müsbət heç nə vəd etmir. Birinci şəxs
tərəfindən belə bir addımın atılması İslam ideologiyasının ölkədə sürətlə yayılmasına
və bu dinə marağa səbəb ola bilər”x9d.
Bu
addımın eyni zamanda Putinə İslam ölkələrindən böyük dəstək qazandıracağına
inanan həmsöhbətimiz bu addımla Rusiyanın hətta iqtisadi böhran dalğası belə dəf
edəcəyini düşünür: “Rusiya prezidentinin belə bir qərarı (əgər varsa) bütün
xalqı xilas etməklə onu həm siyasi, həm iqtisadi, həm də mənəvi bir inkişaf
mərhələsinə apara bilər. Deyilənlərə görə, Barak Obama da eyni hərəkəti etməyə
hazırlaşırmış. Sadəcə, buna açıq şəkildə risk etməyib. V. Putinin onu
qabaqlaması
bütün dünyada sensasiya yarada bilər”x9d.
Ekstra
proqnozlar vermək istəmədiyini deyən ekspert məlumatın doğru olacağı təqdirdə
dünyanın geosiyasi məhvərinin yerindən oynayacağını təxmin edir: “Xəbər doğrudursa,
Rusiya çox yaxın gələcəkdə bütün dünya xalqları üçün haqqın bəşəriyyətə bəyan
ediləcəyi ölkə olacaq. Böyük xilas məhz
bu ölkədən hərəkətə başlayacaq özü də çox yaxın gələcəkdə”x9d.
Putinin
ölüm xəbəri haqqında deyilənləri də şərh edən Elçin Qurbanov bunları bildirdi: “Həqiqətən
Putinin həyatı üçün narahat olmamaq mümkün deyil. Tanrı onu qorusun. Mən də müxtəlif məqamlardan xəbər
almışam ki, o, insult keçirib, ağır vəziyyətdədir. Qeyd
etmək istərdim ki, bu
barədə əvvəlki yazılarımda da müəyyən bəyanlarda bulunmuşam. Hətta sizin sayta açıqlamamda onun çəkilişə hazırlaşacağı
zaman dünyasını dəyişəcəyini demişdim. Əgər belə bir xəbər yayılmışsa, deməli, vəziyyət doğrudan
da çox pisdir. Bəlkə də o,
artıq həyatda belə yoxdur. Onu da xüsusi qeyd etmək istəyirəm ki, bu məlumat təsdiqini tapmasa belə yaxın zamanlarda həqiqi
İslamın təntənəsi, nəinki Rusiyada, bütün dünyada yaşanacaq. Əlbətdə ki, insanların bu gün bildikləri İslamdan danışmıram.
Həqiqət çox yaxındadır. Onun üçün elə indi dua etməyə hazırlaşıram”x9d.