“Bu hadisə Fransa təhlükəsizlik sisteminə böyük minus oldu”x9d

Parisdəki terroru törədənlərin guya sənədlərini avtomobildə unutmaları və Fransa polisinin də həmin sənədlərdəki fotolara əsasən terrorçuların kimliyi barədə şəkilləri dünyaya bəyan etməsi uşaq nağılını xatırlatdı. Doğrudanmı qos-qoca Fransa polisi bu qədər fərsiz və bivecdir?

Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Moderator.az-ın bu sualına cavabından belə çıxır ki, obrazlı desək, terrorçuları dağda-daşda axtarmağa dəyməz və sifarişçinin də kimliyi barədə çoxsaylı versiyalar irəli sürmək yersizdir:

"Bəzən real baş verən hadisələrə adamların inanmaması və mütləq arxa planın olması fikri, məsələnin görünməyən tərəflərinə xüsusi meyl etməsi, "bu işin arxasında hansısa dövlət durur" müzakirələri son illərdə bizim cəmiyyətin "yaradıcılıq məhsuludu". Paris hadisəsinə dünəndən bəri münasibətlərdə, rəylərdə bu açıq görünür. İlk baxışdan elə görünə bilər ki, professional terrorçu niyə sənədlərini maşında qoyub getsin? Versiyanın biri budu ki, terrorçu iz azdırmaq üçün belə edib. İkinci versiya: tələsiblər, yaddan çıxıb. Mənim fikrimcə radikal islamçı qəsdən iz qoyur, özünü islam dünyasının əzabkeşi kimi göstərmək məqsədi daşıyır. Suriyada hökümət qüvvələrinə qarşı vuruşanlara qoşulublar, döyüş və terror təlimləri keçiblər. Peyğəmbərə görə qisas alacaqlarını bəyan ediblər. Əlcəzair kökənli Fransa vətəndaşlarıdırlar və Avropa deyil, radikal islam ideyalarını bölüşürlər. Sizin və dəyərli oxucuların yadındadırsa bu sətirlərn müəllifi dəfələrlə ölkə mətbuatında çıxış edərək Suriyada döyüşən  azərbaycanlıların geri döndükdə potensial terrorçu olacaqlarını və ölkəmizdə daha radikal addımlar ata biləcəklərini vurgulamışdı. Parisdəki terror məhz Suriya sindromunun nəticəsidi-daha qəddar, daha amansız, rəhmsiz. Elə burdan nəticə çıxaraq ki, bu hadisə Fransa təhlükəsizlik sisteminə böyük minus oldu. Baxmayaraq ki, xüsusi xidmət orqanları təhlükəni hiss etmişdilər, redaktora qoruyucu polis təyin etmişdilər, müsəlman ölkələrdə olan Fransa vətəndaşlarını xəbərdar da etmişdilər.Təəssüf ki, bu terroru ABŞ-ın, İsrailin, Rusiyanın əməli kimi təqdim edənlər var. Bu zərərli islam təəssübkeşliyidi, bu son illərin islam adına terror törədən radikalların növbəti cinayətidi. Bu terror özündən əvvəlki terrorlar kimi islamı gözdən salır, amma bu terroru məhz radikal islamçılar islam adına törədirlər. Başqa iz axtarmayın..."


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın Aİ-yə üzvlük prosesi təxirə salındı – Macarıstana görə...

Ukraynanın Aİ-yə üzvlük prosesi təxirə salındı – Macarıstana görə...

Ağdamdakı yanğın davam edir: Ərazidən partlayış səsləri eşidilir - VİDEO

Ağdamdakı yanğın davam edir: Ərazidən partlayış səsləri eşidilir - VİDEO

Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi

Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi

Ölkədə bu iki xəstəliyə yoluxmada KƏSKİN ARTIM VAR

Ölkədə bu iki xəstəliyə yoluxmada KƏSKİN ARTIM VAR

Həbsdən buraxılan Arzum Almaniyaya qayıdır? - AÇIQLAMA

Həbsdən buraxılan Arzum Almaniyaya qayıdır? - AÇIQLAMA

Kansler Paşinyanı sülh üçün addım atmağa ÇAĞIRDI

Kansler Paşinyanı sülh üçün addım atmağa ÇAĞIRDI

Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi

Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi

Su kanalından meyit tapıldı

Su kanalından meyit tapıldı

Mətbuatdan dövlət kabinetlərinə gedən simalar - SİYAHI

Mətbuatdan dövlət kabinetlərinə gedən simalar - SİYAHI

Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi Sazişi İMZALANDI - FOTO

Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi Sazişi İMZALANDI - FOTO

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi - FOTO

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi - FOTO

Mikayıl Cabbarov Çexiyanın "Agrofert" şirkətinin rəhbərliyi ilə görüşdü - FOTO

Mikayıl Cabbarov Çexiyanın "Agrofert" şirkətinin rəhbərliyi ilə görüşdü - FOTO

Hazır yeməklərin kiloqramla satışı: Alıcılar etibar edirlər? - VİDEO

Hazır yeməklərin kiloqramla satışı: Alıcılar etibar edirlər? - VİDEO

Dəmiryol Muzeyinə giriş qiymətləri UCUZLAŞDI

Dəmiryol Muzeyinə giriş qiymətləri UCUZLAŞDI

Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - FOTO

Türkiyənin üç bölgəsində meşə yanğınları başlayıb - FOTO

Biləsuvar sakinlərinin diqqətinə: Qaz olmayacaq

Biləsuvar sakinlərinin diqqətinə: Qaz olmayacaq

Rəqsanənin əri ilə avtomobildə romantik anları – VİDEO

Rəqsanənin əri ilə avtomobildə romantik anları – VİDEO

Ağdamda açıq ərazi YANIR - FOTO/VİDEO

Ağdamda açıq ərazi YANIR - FOTO/VİDEO

Bakıda universitetlərdən birinin fəaliyyəti DAYANDIRILIR?

Bakıda universitetlərdən birinin fəaliyyəti DAYANDIRILIR?

“Bibi Heybət”in imamının diplomu TANINMADI

“Bibi Heybət”in imamının diplomu TANINMADI

Elzar Ağayev yüksək vəzifəyə təyin olundu – ÖZƏL

Elzar Ağayev yüksək vəzifəyə təyin olundu – ÖZƏL

Sahibkarlara güzəştli kreditlər veriləcək – Yeni qərar

Sahibkarlara güzəştli kreditlər veriləcək – Yeni qərar

ABŞ-nin hücumları nəticəsində İranda ölənlərin STATİSTİKASI

ABŞ-nin hücumları nəticəsində İranda ölənlərin STATİSTİKASI

Təcili yardımı boş yerə məşğul edənlərin sayı AÇIQLANDI

Təcili yardımı boş yerə məşğul edənlərin sayı AÇIQLANDI

End of content

No more pages to load

RADİO