Erməni əsirliyindəki soydaşlarımızın ”“ Dilqəm Əsgərov və
Şahbaz Quliyevin girovluqdan azad edilməsi istiqamətində rəsmi Bakının beynəlxalq
təşkilatlar və aparıcı dövlətlər qarşısında ortaya qoyduğu səylər davam edir.
Əsir soydaşlarımızın heç bir qanun pozuntusuna yol vermədiyini, sadəcə öz
haqları olan doğma diyarlarına səfər etdiklərini əsas gətirən Azərbaycan, girov
həmvətəmlərimiz üzərindəki qondarma məhkəmə prosesinin heç bir hüquqi əsasa
malik olamdığını beynəlxalq qanunlar əsasında sübut etməkdədir. Lakin təəssüflər
olsun ki, ölkəmizin göstərdiyi bunca səylərə rəğmən hələ də beynəlxalq birlik,
həmsdər ölkələr və əlaqədar beynəlxalq təşkilatlar əsir soydaşlarımızına zad
edilməsi istiqamətində təsirli addımlar atmağa tələsmir. Bu isə haqlı olaraq
yalnız ölkənin siyasi elitası tərəfindən deyil, bütün ictimaiyyət tərəfindən
ciddi narazılığa səbəb olur.
Bununla bağlı Moderator.az-a və "Hürriyyət"
qəzetinə açıqlama verən milət vəkili Elman Məmmədov beynəlxalq təşkilatların bu
mövqeyinin əsla qəbuledilən olmadığını, bu münasibətin Azərbaycan cəmiyyəti tərəfindən
haqlı olaraq narazılıq doğurduğunu bildirdi:
“Beynəlxalq təşkilatlar qınaq hədəfi olmalıdır və qınaq hədəfidirlər
də. Insan haqları, hüquqları haqqında ağızdolusu
danışanlar, bəyanatlar verənlər, demokratiya və haqdan danışanlar niyə bu
işğalçılarla bağlı səslərini qaldırmırlar? Niyə dinc, günahsız insanlar üzərində
qurulan bu oyuncaq məhkəmə prosesinə biganə qalırlar? Nəyə görə 20 ildən çoxdur
ki, bu cırtdan, təcavüzkar dövlət tərəfindən Azərbaycanın başına gətirilən
müsibətlərə insan hüquqlarından danışan beynəlxalq təşkilatlar, həmsədr ölkələr
konkret, aydın münasibət bildirmir? Niyə bu nöqtəyə çatanda onların gözü kor,
qulaqları kar olur? Niyə özlərini bilməməzliyə vururlar? Niyə bu işğalçı dövlətə
qarşı sanksiyalar tətbiq etmirlər? Niyə?”.
E.Məmmədovun sözlərinə görə, bu günün özündə də Sərkisyan və
Ermənistan hakimiyyətində təmsil olunan bir çox şəxs Qarabağ müharibəsində
bilavasitə iştirakçı olduğunu, başqa sözlə desək hərbi cinayətkar olduğunu
etiraf etsə də, iri dövlətlər bu şəxslərə münasibətdə yumşaq, təqdiredici mövqe
sərgiləyir:
“Sərkisyan özü etiraf edib ki, Xocalıya hücum zamanı komandir kimi hərbi
əməliyyatlarda iştirak etmişəm və bununla qürur duyuram. O bununla etiraf edir ki, soyqırımının birbaşa
iştirakçısıdır. Soyqırımının törədilməsinə rəhbərlik edən şəxsdir. Ancaq Fransa
kimi qüdrətli bir dövlətin prezidenti, dünya mədəniyyəti və incəsənətinə böyük
töhfələr verən xalqa rəhbərlik edən Fransau Olland həmin hərbi cinayətkarla bərk-bərk
qucaqlaşıb öpüşür. Budur bu ölkələrin demokratiyası? Budur onların haqq-ədaləti?
Əgər soyqırımı törədən bir hərbi cani ilə sən öpüşüb görüşürsənsə, onu
qucaqlayırsansa, Sarkozi demişkən, Ermənistanı Fransanın kiçik bacısı hesab
edib ona himayədarlıq edirsənsə, biz daha nədən danışa bilərik? Bundan sonra nəyə
inanıb nəyə güvənə bilərik? Artıq necə inana bilərik ki, həmsədr dövlətlər
Qarabağ problemini ədalətlə həll edəcək? Hesab edirəm ki, onlardan belə bir ədalət
gözləmək düzgün olmaz”.
Bir tək Xocalıdan 150 nəfər insanın aqibətinin bugünə qədər də
bəlli olmadığına diqqət çəkən millət vəkili, 23 il ötməsinə baxmayaraq hələ də
bu insanların aqibətindən heç bir xəbər olmadığını, beynəlxalq təşkilatların bu
istiqamətdə diqqətçəkən bir addım atmadığını qeyd etdi: “
Təkcə Xocalıdan 150 nəfərin taleyi bu günə qədər də məlum
deyil. Bu insanlar itkin düşüb. Xocalı soyqırımının üzərindən 23 il ötüb. Biz
bugünə qədər də onlaırn taleyi haqqında heç bir məlumat əldə edə bilməmişik. Bu
işlə məşğul olan beynəlxalq təşkilatlar var. Xüsusilə də Qızıl Aypara Komitəsi
var. O, beynəlxalq komitədir. Bu komitə nə işlə məşğuldur? Sadəcə məktub və söz
aparıb gətirməklə məşğuldur. Onların axtarışları nədən ibarətdir? Kimi aşkara
çıxarıblar? Kimin haqqını, hüququnu bərpa ediblər? Kimi tapıb Azərbaycana təhvil
veriblər? Hansı Azərbaycan vətəndaşının taleyi ilə maraqlanıb ortaya bir nəticə
qoyub?”.
E.Məmmədovun bildirdiyinə görə, Azərbaycan hazırda həmin əsirlərin
azadlığı istiqamətində daha çox beynəlxalq təşkilatların yardımına ümid etsə də,
onilliklər boyu bu gözlənti öünü doğrultmuş deyil:
“Biz indiki məqamda işğalçı dövlətə təsir göstərib orada girov olan
insanlarımızı azad edə bilmirik. Buna
görə də beynəlxalq qanunlara istinad edirik. Beynəlxalq təşkilatlara müraciət
edirik ki, bu işlər sizin missiyanızdır. Sizin işinizdir. Niyə axı Ermənistandakı
əsir azərbaycanlılar haqqında düşünmürsünüz?”
Millət vəkilinin sözlərinə görə, beynəlxalq təşkilatlar erməni
əsirlərinə münasibətdə daha həssas mövqe ortaya qoyur ki, bu da onların bu kimi
məsələlərə obyektiv, ədalətli yanaşmadığını göstərir:
“Bircə nəfər erməni Azərbaycana əsir düşəndə bütün dünyanı ayağa
qaldırır, həmin erməni azad olunana qədər gecə də yatmırlar. Həmin beynəlxalq təşkilatlar və həmsədr dövlətlər məsələyə
öz prizmalarından, özlərinə sərf edən prizmadan yanaşırlar. Məhz buna görə də
problemin ədalətli həllinə nail olmaq mümkün olmur”.
Seymur Əliyev