İşlənmiş avtomobil seçərkən bilməli olduğunuz ən vacib məlumatları diqqətinizə çatdırır. İkinci əl avtomobil alarkən araşdırma üçün mütləq parlaq bir hava seçin. Qaranlıqda və yağışlı havada avtomobil seçmək məsləhət görülmür.
Çünki belə havada görüntü məhdudlaşır və avtomobilin hər hansı probleminin olduğunu müəyyən etmək çətin olur. Yağış damlaları avtomobildə olan cızıqları və pası örtə bilir.
Maşın alarkən tək deyil, avtomobildən anlayışı olan mütəxəssislə getmək tövsiyyə olunur. Çünki avtomobil ilk baxışdan ürəyinizə yatarsa o zaman nöqsanları görə bilməyəcəksiniz və belə olan halda dostunuz köməyə çatacaq. Yaxşı olar ki, avtomobil seçərkən servis kitabçasını tələb edəsiniz. Bu sənəd avtomobil haqqında bilgilərinizi artıracaq.(azadxeber.net)