Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Moderator.az-a açıqlamasında Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevlə daxili işlər naziri Ramil Usubov arasındakı məhkəmə çəkişməsinə münasibət bildirib:
“Mən
öncə də demişdim ki, tanınmış bir ziyalını tənqidi fikirlərinə görə həbs elətdirmək
dövlətə heç bir şəkildə hörmət gətirən hadisə olmazdı. Hesab edirəm ki,
hakimiyyət bu yanlış yoldan dönməlidir. E.Quliyevlə bağlı yersiz inadkarlıqdan əl
çəkməlidir. Söhbət ondan getmir ki, beynəlxalq birlik, beynəlxalq təşkilatlar nə
deyəcək, hansı mövqe ortaya qoyacaqlar. Onların öz mövqeləri var və bu mövqeləri
az-çox ifadə edirlər. Amma hakimiyyət özü-öz davranışına görə məsuliyyət
daşımalıdır. Siyasi həbslərin azad edilməsi mövzusunun daha da aktual olduğu
bir mərhələdə siyasi məhbusların sayını artırmaq barəsində düşünməməlidir.
Onu da
qeyd edim ki, Hilal Məmmədovun qızının toyu ilə əlaqədar olaraq qısa müddət
üçün də olsa azadlığa buraxılmasını müsbət hadisə kimi qiymətləndirirəm. Hilal bəyin
ailəsinə gözaydınlığı verirəm. Övladına da xoşbəxtlik arzulayıram”.
Seymur Əliyev