QAT sədri Akif Nağı Müstəqillik Günü münasibəti ilə xalqı təbrik edib. Moderator.az-a daxil olan təbrik məktubunda deyilir:
“Əziz həmvətənlər!
Əziz Qarabağsevərlər!
Hər birinizi 18 Oktyabr ”“
Müstəqillik Günü münasibət ilə təbrik edirik. Bu gün hər birimiz üçün əziz və
müqəddəsdir. Müstəqillik hər bir millət üçün ən ali xoşbəxtlikdir. Müstəqillik millətimizə
minlərlə şəhidimizin qanı bahasına başa gəlib. Bunu dəyərləndirməli və qədrini
bilməliyik. Lakin nə qədər ki, torpaqlarımız işğal altındadır, müstəqilliyimizin
həqiqi sevincini yaşaya, bir millət və dövlət kimi müstəqilliyimizin tamlığını
hiss edə bilmirik. Tezliklə düşmənə qarşı müqəddəs savaşa başlamalı,
torpaqlarımızı mənfur erməni quldurlarından xilas etməli, müstəqilliyimizi
bütövləşdirməli və tamlaşdırmalıyıq.
Əziz həmvətənlər!
Əziz Qarabağsevərlər!
Hər birinizi bir daha bu əziz
bayram münasibət ilə təbrik edir, müstəqilliyin bütün gözəlliyini və xoşbəxtliyini
ürək rahatlığı ilə yaşamağınızı, düşmən üzərində qələbə və zəfər sevincini arzu
edirik!
Qarabağa, Şuşaya tezliklə
qayıtmaq əzmi ilə”.