Balıqlar haqqında qanunvericilkdə dəyişiklik...

Azərbaycana GMO məhsullarının istehsalına nəzarət gücləndiriləcək.
Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir”.

Bu dəyişikliklər “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun layihəsində öz əksini tapıb. 

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasının gündəliyində müzakirə olunan mövzularından biri məhz bu məsələ olub. Qanun layihəsi barədə məlumat verən komitə sədri Eldar İbrahimov deyib ki,  ölkədə əhalinin sağlamlığının qorunması məqsədi ilə geni modifikasiya olunmuş məhsulların idxalı qadağan olunub və bununla əlaqədar olaraq səkkiz qanuna dəyişiklik edilib:
 “Məhz bu gün müzakirəyə çıxarılan qanuna dəyişiklik də məhz GMO məhsullarının istehsalının qadağan olunmasına xidmət edir. Adı müzakirəyə çıxarılan qanunun qüvvədə olan 18-ci maddəsinə əsasən ölkəmizə idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməli idi. 
Onun sözlərinə görə, qanuna edilən mövcud dəyişiklik əhalinin sağlamlığının qorunmasını təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi və idxalı ilə bağlı məsələləri daha da ciddiləşdirəcək. 
Komitə iclasının gündəliyində yer alan ikinci məsələ isə “Balıqçılıq haqqında” qanuna dəyişikliklər edilməsi olub. Dəyişikliyə əsasən qanun layihəsinin 20-ci maddəsi yeni redaksiyada verilib. Belə ki, dövlətin balıq mühafizə və akvakultura sahəsində əsas vəzifələri aşağıdakılardır: 
- balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsini təmin etmək;
- balıq və digər su bioresurslarının artırılması, bərpası, istifadəsi, mühafizəsi və qorunması sahəsində hüquqpozmaların qarşısını almaq və onları aradan qaldrımaq;
- akvakulturanın inkişafını təmin edən dövlət, regional və yerli proqramlar hazırlamaq;
- akvakultura subyektlərinin bu qanunun tələblərinə uyğun fəaliyyət göstərməsinə köməklik etmək və s.

Dəyişikliklərə əsasən mövcud qanun layihəsinin 21 və 22-ci maddələri ləğv edilib. 
Məlumat üçün bildirək ki, qanuna dəyişikliklər Prezidentin mərkəzi icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərinin məhdudlaşdırılması hallarını aradan qaldrımaq məqsədi ilə hazırlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zehni işlə məşğul olanlar bananın bu növünü YESİN

Zehni işlə məşğul olanlar bananın bu növünü YESİN

Pula-pul deməyəcək 4 BÜRC

Pula-pul deməyəcək 4 BÜRC

Azərbaycanda aliment işləri niyə azaldı? — Hüquqşünas gizli məqamı açdı

Azərbaycanda aliment işləri niyə azaldı? — Hüquqşünas gizli məqamı açdı

Ucarda QƏZA: piyadanı vurub öldürən sürücü qaçdı - VİDEO

Ucarda QƏZA: piyadanı vurub öldürən sürücü qaçdı - VİDEO

ABŞ-da islam mərkəzində qanlı hadisə: İnsanlar güllələndi - VİDEO

ABŞ-da islam mərkəzində qanlı hadisə: İnsanlar güllələndi - VİDEO

İzzət Bağırovun təmtəraqlı ad günü - FOTO/VİDEO

İzzət Bağırovun təmtəraqlı ad günü - FOTO/VİDEO

“Mikro sənətdən memarlığa” adlı tematik sərgi keçirilib - FOTO

“Mikro sənətdən memarlığa” adlı tematik sərgi keçirilib - FOTO

Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu

Serbiyalı futbolçu bir mövsümdə iki ölkənin çempionu oldu

Tramp İrana planlaşdırılan hücumu TƏXİRƏ saldı

Tramp İrana planlaşdırılan hücumu TƏXİRƏ saldı

Prezident onların şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR

Prezident onların şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR

15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi

15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

“Bakının bələdçisi kimi danışa bilərəm” – Prezident

“Bakının bələdçisi kimi danışa bilərəm” – Prezident

Vado Korovinin kürəkəni ilə qızının bu görüntüsü DİQQƏT ÇƏKDİ - VİDEO

Vado Korovinin kürəkəni ilə qızının bu görüntüsü DİQQƏT ÇƏKDİ - VİDEO

"İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib" - Xameneinin müşavirindən AÇIQLAMA

"İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib" - Xameneinin müşavirindən AÇIQLAMA

"İrana qarşı hər hansı güzəştə hazır deyiləm” - Tramp

"İrana qarşı hər hansı güzəştə hazır deyiləm” - Tramp

Azərbaycan səfiri ilə 100 il sonra gələn tarixi görüş - FOTO

Azərbaycan səfiri ilə 100 il sonra gələn tarixi görüş - FOTO

İsraildə gərginlik: Netanyahu son 24 saatda ikinci təcili iclası keçirdi

İsraildə gərginlik: Netanyahu son 24 saatda ikinci təcili iclası keçirdi

Qobustanda çökmə baş verən körpü SÖKÜLÜR - VİDEO

Qobustanda çökmə baş verən körpü SÖKÜLÜR - VİDEO

Xameneyinin müşaviri ABŞ-a xəbərdarlıq etdi: "Geri çəkilin, yoxsa..."

Xameneyinin müşaviri ABŞ-a xəbərdarlıq etdi: "Geri çəkilin, yoxsa..."

DİQQƏT! Bu tarixdə qısa iş günü olacaq

DİQQƏT! Bu tarixdə qısa iş günü olacaq

“Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim"

“Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim"

İlham Əliyevin Vuçiçlə səmimi FOTOLARI

İlham Əliyevin Vuçiçlə səmimi FOTOLARI

“Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm” - Prezident

“Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm” - Prezident

End of content

No more pages to load

RADİO