NATO ölkələri artıq Ukraynaya silah-sursat göndərir.
Bu barədə Ukrayna müdafiə naziri Valeriy Geletey yerli “Kanal 5” telekanalına müsahibəsində bildirib.
Qurumun rəhbəri bildirib ki, o, bu günlərdə NATO-nun Uelsdə keçirilmiş sammitində Prezident Pyotr Poroşenkonu müşayiət edib. Valeriy Geletey qapalı formatda dünyanın aparıcı ölkələrinin müdafiə nazirləri ilə Ukraynaya silah tədarükü məsələsini müzakirə etdiyini qeyd edib: “Tədarük prosesi artıq başlayıb”, - deyə nazir əlavə edib.
Bundan əvvəl Poroşenko da Kiyevin NATO ölkələri ilə birbaşa silah tədarükünə dair razılığa gəldiyini bəyan edib. (apa)