Tənzilə Rüstəmxanlı İlham Əliyevə müraciət etdi...

Moderator.az xəbər verir ki, "Azəri-Türk Qadınlar Birliyi"nin sədri, bir müddət öncə dəyərli ziyalımız, professor, baş nazirin keçmiş müavini və keçmiş təhsil naziri Firudin Cəlilovun Türkiyədə dövlət hesabına müalicə olunmasına nail olmuş Tənzilə Rüstəmxanlı daha bir xoşməramlı təşəbbüslə çıxış edib.
 
O çox çətin durumda və ağır maddi şərtlər altında yaşayan, millət və dövlət qarşısında bu qədər xidmətlər göstərməsinə, istiqlalçı deputat olmasına baxmayaraq 150 manat təqaüdlə "mükafat"landırılmış, daha doğrusu, taleyin ümidinə buraxılmış Firudin Cəlilova prezident təqaüdü verilməsi üçün dövlət başçısı İlham Əliyevə müraciət edir və ölkənin bütün ziyalı kəsimini, siyasi mənsubiyyətindən asılı olmayan bütün milli mücadilə tərəfdarlarını bu təşəbbüsə qoşulmağa çağırır.

"Hörmətli Prezident İlham Əliyev bir neçə müddət bundan öncə Azərbaycanın dəyərli bilim adamı Firudin Cəlilovun Türkiyədə müalicə olunması üçün öz qayğısını əsirgəmədi. Bunun üçün Azərbaycan ziyalıları olaraq cənab prezidentimizə çox minnətdarıq. Umummilli lider Heydər Əliyev də hər zaman Azərbaycan ziyalılarına öz qayğısını əsirgəməyib və biz də millət olaraq onu heç zaman unutmayacağıq. 

Cənab İlham Əliyev!
 
Bu gün Sizin qayğınıza ehtiyacı olan  ziyalılarımızdan biri də bir müddət öncə ölümün pəncəsindən xilas olmasına yardım etdiyiniz Firudin Cəlilovdur. Firudin Cəlilov 20 ildən yuxarı bir zamandır işləmir və çox böyük maddi sıxıntılar içində yaşayır. Nəzərə alınsa ki, o günlük dərman hesabına yaşayır və gəlir mənbəyi yoxdur. O indiki ağır şərtlər altında 150 manat təqaüd hesabına yaşayır. Onun Azərbaycan Dövləti və Milləti qarşısındakı xidmətləri nəzərə alınaraq, Sizin də alimlərimizə göstərdiyiniz qayğını bildiyimiz üçün bu müraciəti etmək qərarına gəlmişəm və inanıram ki, bu dəfə də qayğınıza möhtac olan bir vətənpərvər alimimizə haqq etdiyi diqqəti göstərəcəksiniz. İnanıram ki, məhz Sizin göstərişinizlə Firudin Cəlilova prezident təqaüdü verərək ömrünün geridə qalan qismini rahat yaşması üçün şərait sağlanmış olacaq.

 Bu məsələdə mən siyasi baxışlarından asılı olmayaraq hər kəsi, ölkənin bütün ziyalı kəsimini bu təşəbbüsə qoşulmağa dəvət edirəm və əminəm ki, bu çağırışımız cavabsız qalmayacaq və prezident İlham Əliyev dövlətimizə, məmləkətimizə sahib çıxdığı, hər birimizin sağlamlığının və təhlükəsizliyinin qarantı kimi çıxış etdiyinə görə millətimizin nüfuzlu ziyalısına da sahib çıxacaq."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

Ronaldo altı fərqli mundialda qol vuran İLK FUTBOLÇU OLDU

Ronaldo altı fərqli mundialda qol vuran İLK FUTBOLÇU OLDU

DİM sədrindən bu ilin keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

DİM sədrindən bu ilin keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA

Prezidentlərin iki günlük görüşündən VİDEOÇARX

Prezidentlərin iki günlük görüşündən VİDEOÇARX

Sürücülərin NƏZƏRİNƏ: Mərkəzi küçənin bir hissəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Mərkəzi küçənin bir hissəsi BAĞLANIR

Pezeşkian: “İran islam ölkələrinə dostluq əlini uzadır”

Pezeşkian: “İran islam ölkələrinə dostluq əlini uzadır”

DÇ-2026: Kriştianu Ronaldu Özbəkistanla matçda hesabı açdı

DÇ-2026: Kriştianu Ronaldu Özbəkistanla matçda hesabı açdı

Məleykə Abbaszadə: Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür

Məleykə Abbaszadə: Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür

Paytaxtın bu ərazilərində qaz kəsiləcək

Paytaxtın bu ərazilərində qaz kəsiləcək

İsmayıllıda bədbəxt hadisə: Kişi traktorun altında qalaraq can verdi

İsmayıllıda bədbəxt hadisə: Kişi traktorun altında qalaraq can verdi

“Şəfa” Rumıniyadan futbolçu transfer edir

“Şəfa” Rumıniyadan futbolçu transfer edir

"Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?!"

"Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?!"

Oman Şura Məclisinin sədri Bakıda səfərdədir - FOTO

Oman Şura Məclisinin sədri Bakıda səfərdədir - FOTO

Şahbaz Şərif ABŞ-İran arasındakı razılaşmada bir detala TOXUNDU

Şahbaz Şərif ABŞ-İran arasındakı razılaşmada bir detala TOXUNDU

Xanımı mərhum aktyorun arxiv görüntülərini paylaşdı - FOTO

Xanımı mərhum aktyorun arxiv görüntülərini paylaşdı - FOTO

“Latsio”nun yeni baş məşqçisi bəlli oldu

“Latsio”nun yeni baş məşqçisi bəlli oldu

Bakı bulvarında məşhur ATTRAKSİON təmir ediləcək

Bakı bulvarında məşhur ATTRAKSİON təmir ediləcək

Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı - FOTO

Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı - FOTO

Tehranda çörəyin qiyməti 100% BAHALAŞDI - FOTO

Tehranda çörəyin qiyməti 100% BAHALAŞDI - FOTO

“Turan Tovuz”dan ayrılıb, “Zirə”yə keçdi

“Turan Tovuz”dan ayrılıb, “Zirə”yə keçdi

Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR

Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR

İmtahanda proqramdan kənar sual olsaydı... - DİM sədri

İmtahanda proqramdan kənar sual olsaydı... - DİM sədri

Məhkəmədə erməni separatçılar danışdı: Cəzalarının yüngülləşdirilməsini istəyirlər - FOTO

Məhkəmədə erməni separatçılar danışdı: Cəzalarının yüngülləşdirilməsini istəyirlər - FOTO

Qadın sübh tezdən həyətdə ölü tapıldı - Şəmkirdə

Qadın sübh tezdən həyətdə ölü tapıldı - Şəmkirdə

End of content

No more pages to load

RADİO