Sumqayıtdakı “İŞİD bayrağı” ilə bağlı araşdırma aparılır?

 “Sumqayıtda ”İŞİD bayrağı" sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Sumqayıtda İraq-Şam İslam Dövləti (İŞİD) adlanan qruplaşmanın bayraqları müşahidə edildiyi bildirilirdi. Sumqayıtda kimliyi bəlli olmayan şəxslər avtomobillərin arxa şüşələrinə İŞİD-in bayrağına bənzər yazı olan qara pərdə vurub. “Yeni Müsavat” həmin maşınlardan birinin fotosunu da təqdim edib. Həmin maşın qara rəngli, Az 90 BS 081 nömrə nişanlı “Mercedes”dir. 


Maraqlıdır ki, Azərbaycanda avtomobillərə dini şüarlar vurmaq artıq neçə ildir ki, rəsmən qadağan olunub. Belə olan halda, həm də İraqda və Suriyada qanlı müharibənin davam etdiyi bir zamanda İŞİD-in bayrağının hansı məqsədlə Sumqayıtda qaldırılması ciddi suallar doğurur. Məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS-ə deyib ki, təmsil etdiyi quruma bu haqda məlumat daxil olmayıb: “Bizə naməlum şəxslərin İŞİD-in bayrağı əks olunmuş pərdələrini avtomobillərə taxaraq Sumqayıt şəhərində gəzməsi ilə bağlı məlumat daxil olmayıb”. 

K. Əliyev onu da əlavə edib ki, əslində avtomobilə hansısa əlavə vasitə vurmaq qadağandır. Bundan əlavə, avtomobili diqqəti dağıdan vasitələrlə idarə etmək də qanun pozuntusudur:
“Görüntünü məhdudlaşdıran, eləcə də digər yol iştirakçılarının diqqətini yayındıran vasitələri avtomobilə vurmaq olmaz. Əgər belə hal müəyyən olunarsa, həmin şəxs qanun çərçivəsində cəzalanacaq”. K.Əliyev iyulun 10-da “Yeni Müsavat”a verdiyi açıqlamada məsələ ilə bağlı müvafiq araşdırma aparıldığını deyib. 

Qeyd edək ki, İŞİD-in bayrağı kimi təqdim olunan qara parçanın üzərində yuxarıda “La ilahə illəllah” (“Allahdan başqa Allah yoxdur”) yazısı, ortada isə ağ dairəvi fonda ərəbcə “Allahın rəsulu Məhəmməd” (s.ə.s) (və ya “Muhəmmədən Rəsulallah”) yazı əks olunub. Məhz ortadakı yazı İslam Peyğəmbərinin (s.ə.s) möhürü hesab olunur. Bu mənada sözügedən avtomobil sahibi pərdəyə İslam Peyğəmbərinin (s.ə.s) möhürünü vurduğunu da iddia edə bilər. Yeri gəlmişkən, Türkiyədə Harun Yəhya kimi tanınan Adnan Oktar da bu möhürdən istifadə edir. Ancaq hazırda bu möhürün elə də geniş yayılmadığı və əsasən İŞİD-in bayrağı kimi tanındığı bildirilir.  
Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp 16 yaşlı cəsur xilasedicini Ağ Evə dəvət edəcək - VİDEO

Tramp 16 yaşlı cəsur xilasedicini Ağ Evə dəvət edəcək - VİDEO

Pirəhmədlidə 146 fərdi ev ilin sonunadək təhvil veriləcək - FOTO

Pirəhmədlidə 146 fərdi ev ilin sonunadək təhvil veriləcək - FOTO

Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı hazırlanan sənədli filmi paylaşdı – VİDEO

Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı hazırlanan sənədli filmi paylaşdı – VİDEO

Salyanda 60 yaşlı kişi ov tüfəngi ilə keçmiş kürəkənini güllələdi

Salyanda 60 yaşlı kişi ov tüfəngi ilə keçmiş kürəkənini güllələdi

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçildi

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçildi

İranla müharibə ABŞ iqtisadiyyatına 151 milyard dollardan çox zərər vurub

İranla müharibə ABŞ iqtisadiyyatına 151 milyard dollardan çox zərər vurub

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

5 milyon baxışı olan mahnını yutubdan SİLDİRDİ

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

Toy xərclərini yarıya endirməyin yolları – Məclisdən əvvəl bunları edin

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Bu BÜRCLƏR birlikdə olmaq üçündür

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

End of content

No more pages to load

RADİO