Sabah Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Azərbaycana səfərə gələcək. Bu barədə Moderator.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfərdə əsas məqsəd Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) iyunun 12-də Bakıda keçiriləcək növbəti 5-ci sessiyasıda iştirak etməkdir.
Səfər çərçivəsində Türkiyə parlamentinin spikerinin Azərbaycan rəhbərliyi ilə ikitərəfli görüşləri də nəzərdə tutulub. Bu görüşlərdə ölkələr arasındakı əlaqələrin inkişaf etdirilməsi və bu əlaqələrdə parlamentlərin rolu məsələsinə toxunulacaq. Görüşlərdə eyni zamanda türkdilli xalqların inteqrasiya prosesi də müzakirə ediləcək.