Bir qrup laçınlı İlham Əliyevə müraciət etdi -FOTO

Moderator.az-ın poçtuna bir qrup laçınlının imzasıyla şikayət məktubu daxil olub və onlar üzləşdirkləri məmur özbaşınalığına görə prezident İlham Əliyevdən kömək istəyiblər. Həmin müraciəti olduğu kimi təqdim edirik:


"Hörmətli redaksiya! Bu müraciət aidiyyatı ünvanlara göndərilib. Eyni zamanda, sayt tərəfindən işıqlandırılması da pozulan hüquqlarımızın bərpa edilməsinə kömək edərdi. Ona görə xahiş edirik ki, bu müraciəti yayımlayasınız.

 Laçın rayon Ağgöl ümumi orta məktəbinin direktoru İbrahimov Hidayət Əhəd oğlu Laçın rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin himayədarlığı altında öz rəsmi vəzifə səlahiyyətləri çərçivəsində həmin məktəbin Laçın rayonunun kürd əsilli Ağbulaq kənd sakinləri ”“ dil-ədəbiyyat müəllimi Bəxtiyarov Etibar İbrahim oğlunu, riyaziyyat müəllimi Ağayarov Vüqar Ziyadxan oğlunu və texniki işçi Ağayarova Sənəm Kamil qızını hər ay aylıq əmək haqqının bir hissəsini ona verə bilmədiklərinə görə uzun müddətdir ki, inzibati təzyiqlərə məruz qoyaraq sıxışdırır. Bu insident haqqında Laçın rayon İcra Hakimiyyətinin bütün müvafiq şöbələrinə, hətta başçılara, Təhsil şöbəsinə və hüquq mühafizə oqranlarına olan çoxsaylı müraciətlərə baxmayaraq Laçin rayon Ağgöl ümumi orta məktəbində təhsilin bütün qanunlarını küncə sıxışdıran, mütəşəkkil korrupsiya burulğanında tüğyan edən dözülməz inzibati təzyiqlər səngimək bilmədən davam etdirilir. Belə ki, zirehləndirilmiş korrupsioner direktor Laçın rayon rəhbərliyinin bəzi korrupsioner məmurları ilə işlərini səhmana saldıqdan sonra Ağcabədi rayon Polis şöbəsinin və prokurorluğunun bəzi oxşar məmurları ilə əlbir olub öz vəzifə səlahiyyətləri çərçivəsində onları inzibati təzyiqlərə məruz qoymaqla yanaşı həm də peşəkarcasına şərləyərək məskunlaşdıqları yerdən köçürmək istəyir.

 

Cənab prezident!

Ağbulaq kənd sakinləri, məcburi köçkünlər Bəxtiyarov Etibar İbrahim oğlu, Ağayarov Vüqar Ziyadxan oğlu və Ağayarova Sənəm Kamil qızının doğma vətənləri olan Azərbaycan Respublikasında tam hüquqlu bir vətəndaş kimi yaşaya bilmələri üçün onlara qarşı Laçın rayon Ağgöl ümumi orta məktəbinin korrupsioner direktorunun əli ilə təşkil edilən analoqu olmayan insanlığa zidd repressiyalara son qoyulmasına zəruri köməkdarlıq göstərməyinizi xahiş edirik.         

   

Hümbətov Sakit Yaqub oğlu

İmaməliyev Əjdər Alı oğlu

Qəmbərov Şakir Bəylər oğlu və digər 28 nəfər



Bir qrup laçınlı İlham Əliyevə müraciət etdi <i style=-FOTO" src="//old.moderator.az/fotobaza/original/1186.jpg">Bir qrup laçınlı İlham Əliyevə müraciət etdi <i style=-FOTO" src="//old.moderator.az/fotobaza/original/1187.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün 1/4 finalın ikinci oyunları keçiriləcək

Bu gün 1/4 finalın ikinci oyunları keçiriləcək

Overçukdan daha bir XƏBƏRDARLIQ: "Rus biznesi Ermənistandan sıxışdırılıb çıxarılsa..."

Overçukdan daha bir XƏBƏRDARLIQ: "Rus biznesi Ermənistandan sıxışdırılıb çıxarılsa..."

Çindən Avropaya ilk yük qatarı yola düşdü - Xəzər dənizi ilə Bakıya çatacaq

Çindən Avropaya ilk yük qatarı yola düşdü - Xəzər dənizi ilə Bakıya çatacaq

Ağsuda ağır qəza: 2 nəfər xəsarət aldı

Ağsuda ağır qəza: 2 nəfər xəsarət aldı

ABŞ-dan Rusiyaya gözlənilməz JEST – “Bu məhsullar UCUZLAŞACAQ”

ABŞ-dan Rusiyaya gözlənilməz JEST – “Bu məhsullar UCUZLAŞACAQ”

Dumanlı hava nə vaxtadək davam edəcək?

Dumanlı hava nə vaxtadək davam edəcək?

Balakəndə avtomobil yoldan çıxaraq aşdı

Balakəndə avtomobil yoldan çıxaraq aşdı

Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

Bu gündən 6 BÜRCÜN həyatı tam dəyişir - NAĞIL KİMİ DÖVR

Bu gündən 6 BÜRCÜN həyatı tam dəyişir - NAĞIL KİMİ DÖVR

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

"Bitcoin" 66 min dollara düşdü

"Bitcoin" 66 min dollara düşdü

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

İran İsrailin pilotsuz təyyarəsini vurdu

İran İsrailin pilotsuz təyyarəsini vurdu

Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

Son məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Son məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

End of content

No more pages to load

RADİO