Martın 19-da Bakı Apellyasiya Məhkəməsi narkotik vasitə saxlama ittihamı ilə tutulmuş gənc fəal Ömər Məmmədov Nərimanov Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb.
Bu gün Bakı Apellyasiya Məhkəməsində siyasi məhbus Ömər Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı məhkəmə iclası keçirilib. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Ömər Məmmədov da iştirak edib. Məhkəmə vəkil Fəxrəddin Mehdiyevin vəsatətini təmin etməyib.
Qeyd edək ki, Ömər Məmmədov 1995-ci ildə Bakıda anadan olub. Hazırda Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Beynəlxalq Kipr Universitetində təhsil alır. O, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü, “Axın” maarifçi hərəkatını təsisçisidir. N!DA Vətəndaş Hərəkatının keçmiş üzvüdür. Ömər Məmmədov 24 yanvar 2014-cü il tarixində həbs edilib. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) ilə cinayət işi açılıb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda Şüvəlan təcridxanasında saxlanır.