Kreml Dağlıq Qarabağda rus pasportları paylamağa hazırlaşır

Moskva Bakıya qarşı təhdid siyasətini sərtləşdirir; Rusiya məkrli ilhaq ssenarisini Azərbaycanda da təkrarlamaq niyyətindədir; Qarabağ ermənilərinə Rusiya vətəndaşı olmaq təklifi edilir; bu məqsədlə işğal altındakı ərazilərdə Moskvaya bağlı “Qriboyedov fondu” fəaliyyətə keçib... 

Rusiyanın Krımı ələ keçirməsi Azərbaycan üçün də təhlükəli presedentə çevrilə bilər. Bir sıra ekspertlər hesab edir ki, Krımda separatçılıqla bağlı Rusiya layihəsi baş tutsa, bu region üçün mənfi nəticələrə gətirəcək. İlk növbədə Azərbaycan, daha dəqiqi Dağlıq Qarabağ üçün təhlükə yaranmış olacaq. 




Qeyd edək ki, avantürist Vladimir Jirinovskinin bu günlərdə Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi haqda etdiyi çağırış ciddi qəbul olunmasa da, Rusiyanın siyasi dairələrində belə fikirlərin olmasını təsdiqləyən fakt kimi qəbul oluna bilər.

Soçi olimpiadasından öncə Azərbaycanın Ermənistanla sərhəd bölgələrində, xüsusən də Qərb cəbhəsinin Tovuz rayonu ərazisində baş verən toqquşmalar bir sıra ekspertlər tərəfindən məhz Rusiyanın təxribatı kimi qiymətləndirilirdi. Ancaq həmin vaxt proseslər çox tezliklə Ukraynaya adladı və Azərbaycan mövzusu arxa plana keçdi. İndi isə sürəc tərsinə işləyə bilər - Krımın Ukraynadan qoparılması baş tutarsa, postsovet məkanı ölkələri üçün real təhlükə yaranmış olacaq. 


Ankara Universitetinin doktorantı, “Bilgesam” Araşdırma Mərkəzinin Avrasiya üzrə eksperti Orxan Qafarlı “Yeni Müsavat”a deyir ki, Rusiyanın Azərbaycana qarşı müxtəlif təzyiq vasitələri, o cümlədən Qarabağ kartından istifadə etməsi gerçəkdir: “Moskva-Bakı münasibətləri soyuqlaşmaya başladıqda Rusiya hər zaman Azərbaycanın şimal regionlarında bəzi dini qrupların terror fəaliyyətini dəstəkləməyə və ya etnik münaqişə yaratmaq üçün bəzi qrupları Dağıstan vasitəsilə ölkəmizə göndərməyə çalışır. Soçi olimpiadası öncəsi biz bunu müşahidə etdik. İndi də Ukrayna hadisələri və Rusiyanın Krım bölgəsi üzərində işğalçı siyasətinin şahidiyik. Azərbaycan hökuməti və siyasətçiləri sabah bizə qarşı da eyni oyunların oynanılacağını bilməlidirlər. Hökumət ciddi hazırlıqlı olmalıdır. Çünki biz son günlər Jirinovskinin də Dağlıq Qarabağla bağlı açıqlamasına şahid olduq. Əslində bu mesaj birbaşa Kremldən verilmişdi”.

O.Qafarlının sözlərinə görə, Rusiya hakimiyyəti narahatdır ki, Azərbaycan açıq şəkildə Ukraynanın tərəfini tuta bilər: “Bundan əlavə, Ukraynada müvəqqəti hökumət bir çox ölkələrə, o cümlədən Azərbaycana iqtisadi yardım üçün müraciət edib. Rusiya isə Azərbaycanın Ukraynaya iqtisadi yardım etməsini və onun ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsini istəmir. Lakin Azərbaycan Ukrayna ilə GUAM çərçivəsində uzun zaman Qərbə inteqrasiya məsələsində əməkdaşlıq edib. GUAM postsovet məkanında yeganə Avroatlantik inteqrasiya təşkilatı idi. Bizim Ukraynaya çox açıq dəstək olmamız lazımdır. Çünki sabah eyni işğalçı siyasətə biz də məruz qala bilərik. Və mən düşünürəm ki, qalacayıq”.  

O.Qafarlı düşünür ki, Rusiya Krım məsələsindən sonra Azərbaycan-Ermənistan məsələsinə xüsusi diqqət yetirəcək. Bu məsələdə bir çox ekspertlərin eyni fikirdə olduğunu deyən O. Qafarlı Qarabağla bağlı Rusiyanın yeni addımları ilə bağlı əldə etdiyi, sensasiya sayılacaq məlumatı “Yeni Müsavat”la bölüşdü: “Məndə olan məlumata görə, bu gün Dağlıq Qarabağda və ətraf rayonlarda Rusiyaya bağlı olan, birbaşa Kremldən maliyyələşən ”Qriboyedov fondu" aktiv fəaliyyət göstərir. Bu fond Qarabağ erməniləri içində Gömrük Birliyi və Avrasiya Birliyi təbliğatını aparmaqdadır. Eyni zamanda onlara, yəni Qarabağ ermənilərinə Rusiya vətəndaşı olmaq təklifləri edirlər. Bu yolla daha çox qida və digər yardımlar ala biləcəklərini vəd edirlər. İqtisadi durumu pis olan Qarabağ erməniləri üçün bu təkliflər cəlbedicidir. Separatçı rejimin indiki rəhbəri də Rusiyaya birbaşa bağlı insandır. O, Rusiyanın tapşırıqlarını daha çox yerinə yetirir, nəinki Ermənistan rəhbərliyinin. Bu ssenari Krımda indi həyata keçirilən plana çox bənzəyir". 


Ekspertin fikrincə, Azərbaycanı Gömrük İttifaqı və Avrasiya Birliyinə cəlb etmək üçün Rusiyanın Qarabağ kartından istifadə edəcəyi istisna deyil: “Mən şübhə etmirəm ki, Azərbaycanı Gömrük və Avrasiya Birliyinə salmaq üçün Rusiya Krıma bənzər prosesi Qarabağda tətbiq edə bilər. Bunun üçün Azərbaycan çox ciddi hazırlaşmalıdır. Yaxın beş ildə diplomatiyamızı və dövlətimizi çox ciddi imtahanlar gözləyir. Regionda status-kvonun davam etməsi bizim ziyanımızadır. Nə qədər ki, Qarabağ de-fakto bizdən ayrıdır, bu, ermənilərin xeyrinədir. İndiki durumda nəsə dəyişiklik yenə bizim ziyanımıza olacaq. Çünki bu dəyişiklik Rusiyanın təzyiqi ilə olacaq. Üçüncü yolun üzərində çox ciddi düşünülməsi lazımdır”.

müsavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Zeynəb Xanlarova övladları ilə - FOTO

Zeynəb Xanlarova övladları ilə - FOTO

Braziliyalı qapıçı “Zirə”də

Braziliyalı qapıçı “Zirə”də

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sabah abituriyentlər imtahan verəcək

Sabah abituriyentlər imtahan verəcək

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Yumurta bu gün də 1 qəpikdir - FOTO

End of content

No more pages to load

RADİO