Dünən VİP Eldəniz Quliyev tərəfindən göndərilən “sülh elçiləri”nin adını açıqlayıb. Lakin VİP-in sədr müavini Cavid Cabbarlı tərəfindən yayılan bu bəıyanat E.Quliyev tərəfindən təkzib edilib. Bununla bağlı Moderator.az-a açıqlama verən E.Quliyev deyilənlərin iftira olduğunu vurğulayıb:
“Deyirlər, axmaq adam öz-özlüyündə qorxulu deyil, o, təşəbbüskar olanda qorxulu olur. Belə təşəbbüskar-axmaqlardan biri ( VİP sədrinin müavini Cavid Qurbanlı) bu gün bir çox saytlara müraciət ünvanlayaraq, mənim VİP-lə barışıq üçün minnətçilər saldığımı bəyan edib. Hətta həmin şəxslərin kimlər olduğunu da açıqlayıb: Hacı Rövşən Əhmədli və Xoşqədəm Cəbrayıloğlu.
Tam səmimi olaraq bildirirəm: mən nəinki bu hörmətli insanları VİP-lə barışığa göndərmişəm, heç belə bir niyyət ağlımdan da keçməyibdir. Suda boğulan saman çöpündən yapışan kimi, bu tərbiyəsiz küçə uşaqları da gündəmdə qalmaq xatirinə növbəti yalan və böhtan uydurublar. Bu xəbərin həqiqətən ağ yalan olduğunu isə, hər kəs, o cümlədən KİV nümayəndələri çox asanlıqla ayırd edə bilərlər. Bunun üçün, sadəcə, Hacı Rövşənə, eləcə də Xoşqədəm Cəbrayıloğluya zəng edib yayılan xəbərin doğru , yaxud yalan olduğunu müəyyənləşdirmək mümkündür.
Son zamanlar barəmdə tirajladığı danos üslubundakı iftirayla dolu cızma-qaralarına, eləcə də sonuncu yalanına görə, indiyəcən yaxşılıqdan başqa heç nə eləmədiyim muzdlu "yazar" Cavid Cabbarlını Allaha tapşırmaqdan başqa çarəm qalmır!
Doğrudan da, bu dünyada tulanın tulası olmaqdan pis bir şey yoxdu! Heyf səndən, ay Cavid!..”