Bu gün səhər saatlarında Moskva Univermağında yanğın baş verib.
Gün.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın artıq söndürülüb.
Hadisə yerinə 4 yanğınsöndürən maşın və 2 təcili tibbi tibbi yardım maşını cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır, xəsarət alanlarla bağlı hələlik məlumat verilmir.
Şahidlərin məlumatına görə, yanğın əsasən gəlin paltarları və ümumilikdə trikotaj məhsullarının olduğu mərtəbədə baş verib.