Akif Muradverdiyevin işi məhkəməyə göndərildi

Prezident Aparatının keçmiş işlər idarəsinin müdiri Akif Muradverdiyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

A. Muradverdiyevin vəkili Rəşad Mirmehdizadənin APA-ya verdiyi məlumata görə, cinayət işi üzrə materiallarla tərəflər tanış olub və ittiham aktı təsdiqlənərək baxılmaq üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, A. Muradverdiyev 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gizli yolla gömrük nəzarətindən keçirib. O, Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul EDİLMƏYƏCƏK

Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul EDİLMƏYƏCƏK

Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq

Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür – FOTO

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür – FOTO

Arnold Şvarseneggerin oğlundan uğurlu debüt - Foto

Arnold Şvarseneggerin oğlundan uğurlu debüt - Foto

Qaradağda 2 yaşlı uşağın MÜƏMMALI ÖLÜMÜ

Qaradağda 2 yaşlı uşağın MÜƏMMALI ÖLÜMÜ

Aprelin ilk GÜNÜNÜN HAVASI: 25 dərəcə isti...

Aprelin ilk GÜNÜNÜN HAVASI: 25 dərəcə isti...

İranın dron və raketləri neftin qiymətini yüksəldir - Analitiklər xəbərdarlıq edir

İranın dron və raketləri neftin qiymətini yüksəldir - Analitiklər xəbərdarlıq edir

Yağışdan sonra sürüşmə zonaları aktivləşib – RƏSMİ

Yağışdan sonra sürüşmə zonaları aktivləşib – RƏSMİ

Nazirliyin bəzi səlahiyyətləri Su Ehtiyatları Agentliyinə verildi - SƏRƏNCAM

Nazirliyin bəzi səlahiyyətləri Su Ehtiyatları Agentliyinə verildi - SƏRƏNCAM

Sərnişin daşımalarında icazənin alınması üçün bu sənədlər də TƏLƏB OLUNACAQ – SİYAHI

Sərnişin daşımalarında icazənin alınması üçün bu sənədlər də TƏLƏB OLUNACAQ – SİYAHI

Çin İran savaşının 32-ci günündə düyməyə basdı: “Dərhal dayandırın!” – VİDEO

Çin İran savaşının 32-ci günündə düyməyə basdı: “Dərhal dayandırın!” – VİDEO

Bu şəxslərə Prezident təqaüdü veriləcək – FƏRMAN

Bu şəxslərə Prezident təqaüdü veriləcək – FƏRMAN

Dünyada ən böyük mis, qızıl və gümüş yatağı bu ərazidə tapıldı

Dünyada ən böyük mis, qızıl və gümüş yatağı bu ərazidə tapıldı

Arif Əsədov: “Qələbənin böyüyü-kiçiyi olmur”

Arif Əsədov: “Qələbənin böyüyü-kiçiyi olmur”

Fərid Baxşıyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Fərid Baxşıyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Tramp Yaxın Şərqə niyə desant göndərib? – Üç mümkün SSENARİ

Tramp Yaxın Şərqə niyə desant göndərib? – Üç mümkün SSENARİ

Maşını yolun hərəkət hissəsində saxlayan sürücü ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Maşını yolun hərəkət hissəsində saxlayan sürücü ağır qəzaya səbəb oldu – ANBAAN VİDEO

Xocavənd şəhərinə növbəti köç karvanı YOLA SALINDI - FOTO

Xocavənd şəhərinə növbəti köç karvanı YOLA SALINDI - FOTO

İsraildə yaşayış binası belə vuruldu – ANBAAN VİDEO

İsraildə yaşayış binası belə vuruldu – ANBAAN VİDEO

İran Trampa qarşı iki dəfə sui-qəsd cəhdi edib - SENSASİON AÇIQLAMA

İran Trampa qarşı iki dəfə sui-qəsd cəhdi edib - SENSASİON AÇIQLAMA

Quba Soyqırımı Memorial Kompleksini ziyarət edənlərin sayı AÇIQLANDI – FOTO-VİDEO

Quba Soyqırımı Memorial Kompleksini ziyarət edənlərin sayı AÇIQLANDI – FOTO-VİDEO

İrandan Azərbaycana indiyədək təxliyə olunanların SAYI - FOTO

İrandan Azərbaycana indiyədək təxliyə olunanların SAYI - FOTO

Məhərrəm ayı bu tarixdə BAŞLAYACAQ

Məhərrəm ayı bu tarixdə BAŞLAYACAQ

Şəmkirdə qadın dərmandan zəhərlənərək VƏFAT ETDİ

Şəmkirdə qadın dərmandan zəhərlənərək VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO