Elçibəyin ölümündən 13 il ötür...


Bu gün - 22 avqust tarixi Azərbaycan Milli Azadlıq hərəkatının lideri, mərhum eks-prezident  Əbülfəz Elçibəyin vəfat etdiyi gündür. Elçibəy 22 avqust 2000-ci ildə Türkiyədə müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Rəsmi məlumatlara görə, eks-prezident kəskin prostat xərçəngindən vəfat edib.
Ancaq həm Azərbaycanda, həm də Türkiyədə Elçibəyin ölümünə birmənalı yanaşılmır və qeyri-rəsmi olaraq ona sui-qəsd olunduğu, zəhərləndikdən sonra sağalmaz xəstəliyə tutularaq dünyasını dəyişdiyi iddia olunmaqdadır.
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938 -ci ildə  Naxçıvan MR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957 -ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra tərcüməçi işləyib.
1975-ci ilin yanvarında Azərbaycan DTK onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edib və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq həbsdə qalıb. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdi.
Elçibəy 1988-ci ildən sonra alovlanan milli-azadlıq hərəkatının önündə gedib. 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub.
Elçibəyin prezidentliyi dövründə keçmiş Sovet respublikaları arasında birinci olaraq rus ordusunun Azərbaycandan çıxarılması başa çatdırıldı. Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü.
Azərbaycanın milli valyutası ”“ manat dövriyyəyə buraxıldı. Bu, ölkənin siyasi nüfuzuna beynəlxalq aləmdə müsbət təsir göstərdi.
Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsinin əsası da Elçibəyin prezidentliyi dövründə qoyuldu.
Uzun müddət müzakirə obyektinə çevrilmiş latın əlifbasına keçidə də nail olundu. Orta məktəb dərslikləri bu əlifbada nəşr edildi, dövlət idarələrində də ondan intensiv istifadəyə başlanıldı...
63 yaşındaykən qardaş Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşan Əbülfəz Elçibəyin yenidən Azərbaycan prezidenti olmaq arzusunun qarşısını ölüm kəsdi...


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

Çində bu gündən yanacaq kəskin UCUZLAŞIR

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

İraqda bütün silahlar dövlət nəzarətinə keçəcək

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

ABŞ - İran danışıqları yenidən başlayır – TARİX AÇIQLANDI

“İmişli” braziliyalı legioneri göndərdi

“İmişli” braziliyalı legioneri göndərdi

Şəkidə yeni Dövlət Proqramının hədəflərinə uyğun olaraq heyvandarlığın inkişafı diqqət mərkəzindədir - FOTO

Şəkidə yeni Dövlət Proqramının hədəflərinə uyğun olaraq heyvandarlığın inkişafı diqqət mərkəzindədir - FOTO

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

Əhvalı havadan asılı olanların NƏZƏRİNƏ

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin seçki şikayətini RƏDD ETDİ - VİDEO

Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin seçki şikayətini RƏDD ETDİ - VİDEO

ABŞ-də anomal istilər səbəbindən minlərlə insan İŞIQSIZ QALIB

ABŞ-də anomal istilər səbəbindən minlərlə insan İŞIQSIZ QALIB

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarıldı

Ağdamda batan ata və iki övladının meyiti sudan çıxarıldı

“Sabah” qanalı futbolçu ilə müqavilə imzaladı

“Sabah” qanalı futbolçu ilə müqavilə imzaladı

Ərdoğan Şahbaz Şərifi sarayında qəbul etdi - FOTO

Ərdoğan Şahbaz Şərifi sarayında qəbul etdi - FOTO

“Turan Tovuz”un legioneri Yaponiya klubunun təklifindən imtina etdi

“Turan Tovuz”un legioneri Yaponiya klubunun təklifindən imtina etdi

Talıbov yüksək vəzifəyə TƏYİN OLDUNU

Talıbov yüksək vəzifəyə TƏYİN OLDUNU

İsmayıllıda avtomobil beton maneəyə çırpıldı - ölənlər var

İsmayıllıda avtomobil beton maneəyə çırpıldı - ölənlər var

Polis borcu olan 29 nəfəri tapdı

Polis borcu olan 29 nəfəri tapdı

“Xankəndi” baş məşqçisi ilə bağlı qərar verdi

“Xankəndi” baş məşqçisi ilə bağlı qərar verdi

"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı – VİDEO

"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı – VİDEO

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

Qumralın bu görüntüsü müzakirə yaratdı – VİDEO

Qumralın bu görüntüsü müzakirə yaratdı – VİDEO

İsrail XİN Xameneinin vida mərasimini LAĞA QOYDU

İsrail XİN Xameneinin vida mərasimini LAĞA QOYDU

Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK

Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK

End of content

No more pages to load

RADİO