“Son zamanlar Paşinyan əsgərlərinə alt paltarı tapmaq üçün xalqa müraciət edir”

Ermənistanda oğullarını Qarabağda itirmiş əsgər anaları yenidən müdafiə nazirliyi qarşısında etiraza başlayıblar. Onlar sosial durumlarının yaxşı olmamasını, oğullarına görə açılmış cinayət işlərinin ört-basdır edilməsindən şikayətləniblər. Hətta erməni qadınlardan biri belə bir ifadə işlədib: “Mən bu dövlət üçün oğlumu verdim. Bu dövlətdə işləyən mərmurlardan biri də mənə oğlunun barmağını versə, onda bu dövlətdən heç nə istəmərəm”.xa0 Görünür Paşinyan hakimiyyəti də bu cür etirazların qarşısını ala bilmədi.xa0

Moderator.az-a açıqlamasında keçmiş korpus komandiri, tanınmış ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, erməni əsgərlərinin anaları oğullarının bizim torpaqlarda ölməsini istəmir:

“Bu kimi halların baş verməsi heç də təəccüblü deyil. Düzdü, xalq da, cəmiyyət də quldur Sarkisyanın caynaqlarında qurtularaq elə bildilər ki, Paşinyan gəlsə, bu problemlər həllini tapacaq. Gözləyirdilər ki, Paşinyan Qarabağla bağlı müəyyən bir konstruktiv addım atacaq və Ermənistanı indiki vəziyyətdən xilas edəcək. Ermənistanın ən böyük faciəsi ondan ibarətdir ki, anaları oğullarını itirib və onlar Sarkisyanın dövründə də tez-tez müdafiə nazirliyinin qarşısına üz tuturdular. Ancaq Paşinyanın gəlməsindən sonra da heç bir yenilik olmadı. Paşinyanın vəzifəyə gəlməsindən sonra əvvəlki illərə nisbətən, indi erməni ordusunda itkilərin sayı daha çox olub və bu da qeyri döyüş şəraitində baş verib. Erməni ordusunda nizam-intizam daha da pozulub. Ermənistanda Paşinyan gələndən sonra cəbhə bölgəsində əsgərlərin sosial durumu daha da pisləşib. Bilirsiniz ki, son zamanlar Paşinyan əsgərlərinə alt paltarı tapmaq üçün xalqa müraciət edir. Erməni əsgərləri hətta alt paltarları ilə təmin oluna bilmirlər. Paşinyanxa0 öz oğlunu Qarabağa göndərməklə istədi ki, vəziyyəti bir az nəzarət altına alsın. Amma insanları aldatmaq olmaz, əsgər anası bilir ki, sadə əsgərlə məmur oğlunun xidməti şəraiti eyni səviyyədə olmayacaq. Paşinyan bu cür ucuz papulist xəstəliyə tutulub. Cəmiyyət vəziyyətin yaxşılaşmasını gözləyir. Paşinyan gələndən Qarabağla bağlı sərt çıxışlar edib elə bildi ki, cəmiyyətin ruh yüksəkliyinə nail olacaq, amma bu baş tutmadı”.




Ş.Ramaldanov bildirib ki, erməni gənclərindən fərqli olaraq bu gün bizim gənclərimiz özləri orduda xidmət etməyə daha çox can atırlar:

“Ermənistan cəmiyyəti artıq Qarabağ məsələsindən yorulub. Ölkə başçımızın paratda çıxışı zamanı düşmənin bütün strateji obyektlərinin hədəfimiz olmasını deməsi Ermənistan cəmiyyətini ciddi narahat etdi. Erməni əsgər anaları artıq istəmir ki, oğlanları Qarabağda ölsün. Onlar deyir ki, elə oğlum öz vətənində ölsün və mən bilim ki, oğlum öz vətəni uğurunda həlak olub. İyirmi beş ildə erməni ordusunda kifayət qədər itkilər olub. Bəzən mətbuatımızda məmur övladlarının əsgəri getmək məsələsi haqda mənfi fikirlər səslənir. Mən özüm bunun şahidi olmuşam ki, tanıdığım məmurların övladları əsgər getmək üçün özləri müraciət edirlər. Əgər bir insan vətənpərvərdisə, onun qarşısını heç kim ala bilməyəcək. Torpaqlarımızın işğal edilməsi gənclərimizin içinə o qədər hopub ki, onlar bu qisas hissi ilə yaşayırlar. Ona görə də Ermənistan cəmiyyəti ilə Azərbaycan cəmiyyəti arasında gedən proseslər bir-birinə əks istiqamətdə gedən proseslərdir”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Axios: Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verib

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Milli Yaylaq festivalında xəsarət alanların son durumu açıqlandı - Rəsmi

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Yay istisinin xilaskarı: Yemişin sağlamlığa 8 mühüm faydası

Tanınmış tennisçi futbolçu oldu

Tanınmış tennisçi futbolçu oldu

Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Hindistanda təhsil nazir istefa verdi, etirazlar dayandı

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq: 18705 işçi cəlb edildi

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Milli Yaylaq Festivalında xəsarət alanların tam siyahısı - ADLAR

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Nikah dövründə alınan hər əmlak ortaq sayılmır — Hüquqşünasdan açıqlama

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Mourinyonun "toxunulmaz" oyunçuları – Siyahıda Arda Gülər də var

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Bu ölkədə minlərlə insan vergi verməmək üçün ateist olur

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

İstanbulda leysan yağışı küçələri basdı – VİDEO

Bu reklama görə 20 milyon qazandı

Bu reklama görə 20 milyon qazandı

Sumqayıtda dənizdə 3 nəfər batdı, birinin meyiti tapıldı

Sumqayıtda dənizdə 3 nəfər batdı, birinin meyiti tapıldı

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

Milli Yaylaq Festivalında xəsarət alanlardan ikisi Vətən müharibəsi iştirakçısıdır

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

İran Ermənistana qaz ixracının artırılması ilə bağlı təklif irəli sürüb

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

Yaylaq Festivalında xəsarət alanların kimliyi məlum olub

"Arka Sokaklar" tarixə qovuşdu

"Arka Sokaklar" tarixə qovuşdu

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

İraq ABŞ konsulluğu yaxınlığında PUA vurub

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi

Bilgəhdə iki nəfər dənizdə batdı

Bilgəhdə iki nəfər dənizdə batdı

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

Ən hiyləgər BÜRCLƏR: həmişə bir addım öndədirlər

End of content

No more pages to load

RADİO