“Tövbə”x9d Cəmiyyətinin sədri Hacı Əbdüllə bu dəfəki söhbətimizdəxa0 sovet zəmanəsindən bəri gənclərin diqqətini daha çox cəlb edən bir mövzudan - “oğru”x9d dünyasından bəhs etdik... Kriminal aləmi təbliğ etmək məqsədi ilə yox, gerçəkləri anladıb doğru yolu göstərmək məqsədiylə...xa0
(Əvvəli bu linkdə://www.moderator.az/news/202085.html)
“Köhnə “qanuni oğru”x9dlar qadının, qız-gəlinin zinət əşyalarına toxunmazdılar...”x9dxa0
- Hacı, bəs indiki “avtoritet”x9d, “vor-zakon”x9d adlananlar o köhnə prinsipləri qoruyub saxlayırlarmı?
-Əvvəla, mənim cavan yaşlarımda, sovet dövründə gördüyüm “qanuni oğru”x9dlarla indikilər arasındaxa0 fərq çoxdur. Əsl “qanuni oğru”x9d heç vaxt, kasıbın, fəhlənin, ehtiyacı olanın malına toxunmaz, haqqını tapdalamaz. Onlar daim çalışırdılar ki, əyri yollarla, xalqı soyub-talamaqla qazananların var-dövlətini ələ keçirib yetim-yesir arasında bölüşdürsünlər. O vaxtın “qanuni-oğru”x9dları katibin, prokurorun, rəisin evini yarardılar. Sovet dövründə də həmin vəzifəli, imkanlı adamlarxa0 heç vaxt yuxarıların qorxusundan öz oğurlanmış var-dövlətlərinin siyahısını hüquq-mühafizə orqanlarına olduğu kimi verməzdilər, çox aşağı məbləğdə göstərərdilər. Bu da “qanuni oğru”x9dlara şərait yaradardı. Onlar da həminxa0 vəzifəlilərn haram yollarla xalqdan taladıqları pul-paranı aparıb türmədəki və bayırdakı kasıb-kusuba paylayardı.xa0 xa0Amma oğurluğun icrası zamanı da onların öz prinsipləri vardı. “Qanuni oğru”x9d hər hansı bir evə girsəydi və görsəydi ki,xa0 beşikdə uşaq ayıqdır, sakitcə çıxardı. İkincisi, onlar heç vaxt girdikləri evdə qadına, qız-gəlinə məxsus zinətləri götürməzdilər. Yalnız kişilərə məxsus qır-qızılı, saatı-filanı, qiymətli alışqanı, pulu götürərdilər...
“Hansısa türməyə “nüfuz sahibi”x9d gələndəxa0 yetim-yesir bayram edərdi...”x9d

Hər hansı bir türmədə əgər “qanuni oğru”x9d, “avtoritet”x9d yox idisə, həmin türmənin rəisi digər “kalon”x9dlarla maraqlanardı.xa0 O biri türmələrdə 2-3xa0 avtoritet, yaxud “”x9dvor-zakon”x9d varsa, həmkarlarından xahiş edərdilər ki, birini onların türməsinə etap etsinlər. Türməyə “nüfuz sahibi”x9d və ya “ qanuni oğru”x9d gələndə oradakı yetim-yesir bayram edərdi, sevinclərinin həddi-hüdudu olmazdı. Çünki onlar gələndən sonra həbsxanadakıxa0 özbaşınalıq, haqsızlıq sona çatardı. Belə yerdə kimsə kiminsə haqqını tapdayıbsa, hökmən cəzasını almalıydı.xa0
“Həbsxana rəisi ilə “avtoritet”x9d və “qanuni oğru”x9dların maraqları üst-üstə düşərdi...”x9d
Üçüncüsü, köhnə “avtoritet”x9d və “vor-zakon”x9dlar həbsxana rəhbərliyi ilə əlaqəyə girməzdilər. Əgər rəis hər hansı “qanuni oğru”x9dnu öz kabinetinə söhbətə çağırsaydı, o, mütləq özü ilə iki şahid aparardı ki, necə söhbət getdiyinin şahidi olsunlar. Ağıllı rəislər də heç vaxt belə dustaqları tək çağırmazdılar. Amma buna baxmayaraq işini bilən rəislə “avtoritet”x9dlərin maraqları qeyri-iradi üst-üstə düşürdü. Çünki hər ikisi özlərinin olduğu türmədə sakitlik, dinclik, əmin-amanlıq olmasını istəyirdi. İstəməzdilər ki, hər hansı naqolay bir hadisə baş versin və kimsə bunlara desin ki, bəs sən hara baxırdın. Bax, bu şəkildə gerçək “oğru”x9d qanunlarıyla rəsmi rəhbərliyin istəkləri və dövlət qanunları biri-birini tamamlayır və beləcə tarazlıq yaranırdı...xa0
Dördüncüsü, “qanuni oğru”x9d, yaxud “avtoritet”x9din bədəncə zəif və ya güclü olması həlledici məsələ deyildi. Yəni ola bilərdi ki, “avtoritet”x9d zəif, xəstə, yaxud qocalmış olsun, buna rəğmən hamı onun göstərişlərini eşidirdi. Onların o dərəcədə nüfuzu olurdu ki,xa0 ətrafındakı vuran əllər hamısı ona xidmət edirdi...
“Azərbaycanlı haqlı olardısa, erməni “qanuni oğru”x9d digər haqsız ermənini müdafiə etməzdi...”x9d
-Görəsən, buxa0 “sistem”x9d ilk dəfə hansı xalq arasında yaranıb?
-Bunu dəqiq demək olmaz ki,xa0 “qanuni oğru”x9dluq ilk dəfə hansı xalqda yaranıb. Amma o aydındı ki, bu sistem sosial ədalətsizlik hökm sürən, haqlının haqqı tapdanan cəmiyyətlərdə aşağıların yuxarılara gizli-açıq müqavimət gücündən formalaşıb.xa0 Digər tərəfdən,xa0 “qanuni oğru”x9dların elə üstün cəhətlərindən biri də o idi ki, bunlar arasında milli ayrı-seçkilik söhbəti yox idi: azərbaycanlı, rus, erməni, gürcü və s. ”“fərqi yoxdu. Hansı millətdən olursa-olsun, başlıca prinsip müəyyən olunmuş qanunlara əməl etmək, bu çərçivədə ədalətli olmaq idi. Məsələn sovet dövründə Azərbaycandan çıxan “Sanka Zver”x9d kimi “qanuni oğru”x9dlarxa0 Kamçatkaya, Maqadana, Saxalinədək hər yerdə tanınardı. Onun harda olmasından asılı olmayaraq bir kəlməsi, bir məktubuyla böyük-böyük məsələlər həll olunardı.xa0
Əgər bir azərbaycanlı ilə bir erməni arasnda münaqişəli məsələ olsa və digər erməni “qanuni oğru”x9d onların münaqişəsini həll etməyə girişsə, azərbaycanlı haqlı olduğu halda erməni “vor-zakon”x9d onun əleyhinə fətva verə bilməzdi. Əsas olan haqqın kimin tərəfində olması idi. Bilirsiz,xa0 mən onların dairəsində olmuşam. Ona görə çox işlərinə bələdəm...
-Köhnə “qanuni oğru”x9d və ya “avtoritet”x9dlərdən hansıları daha yaxından tanıyırdınız?xa0
-Məsələn, əslən iranlı, həmşəri balası,xa0 “Göygöz Sabir”x9d vardı. Onun öz ətrafındakılardan bir neçəsi erməni idi. “Ağbaş Mişa”x9d vardı- Bakı dəmiryol vağzalının yanında olurdu. “Bednı Vanya”x9d vardı, o da erməni idi. Elə hadisələrin şahidi olmuşam ki, danışsam, camaat deyər, Hacı Əbdül erməniləri tərifləyir. Amma bu yol özü özünə görə tərifəlayiq bir yoldu və millətindən asılı olmayaraqxa0 həmin oğullarxa0 bu yolu düzgün tuturdular...xa0
““Qanuni oğrular”x9d keçmiş dəyərləri də qoruyardılar...”x9d
-Son onilliklərin “qanuni oğru”x9dlarından kimləri şəxsən tanıyırsınız?
-Son illərin “oğru dünyası”x9d nümayəndələri ilə tanışlığım, ünsiyyətim olmayıb. Mən əsasən sovet dövründəki “avtoritet”x9dləri tanımışam. Məsələn, o dövrdəki “Tete Nəriman”x9d da dostum idi.xa0 Nardaranlı Kazım, Vaqifi də tanıyırdım. Vaqiflə bir məhəllədə olurduq. Vaqifəxa0 “karzubıy”x9d deyərdilər. Bunlar oğullar idi... Onlar keçmiş dəyərləri qoruyurdular... Onlar “avtoritet”x9d idilər...
-“Oğru dünyası”x9dnda milli ailə dəyərlərimizə münasibət necə idi?
-Öncə bir şeyi xatırladım.xa0 “Qanuni oğru”x9dlar hesab edirdilər ki, kişinin ən zəif yeri onun öz ailəsidir. Ona görə də onlar evlənmirdilər.xa0 Odur ki, ailələri olmadıqlarına görə də özlərini sərbəst aparırdılar. Sonradan bu “qanun”x9dda dəyişiklik oldu və “qanuni oğru”x9dların evlənməsinə icazə verildi...xa0
“Həmin namussuzu içəridə elə alçaldır, cəzalandırırdırlar ki...”x9d
Eyni zamanda keçmiş “avtoritet”x9d və “qanuni oğru”x9dlar milli ailə dəyərlərimiz, o cümlədən namus-qeyrət məsələsində çox ciddi idilər. Məsələn, əgər birinin türməyə kiminsə bacısına sataşmaq üstündə düşdüyünü öyrənsəydilər, dərhal həmin qızı öz bacıları bilirdilər.xa0 Həmin alçağa deyirdilər ki, mənim də bacım var, tanıyırdın. Deyirdi ki, yox. Cavab verirdilər ki, amma sənin kimi əclaf sabah bizim də, başqalarının da bacısına sataşa bilər. Odur ki, sən cəzalanmalısan. Həmin namussuzu içəridə elə alçaldır, elə cəzalandırırdılar ki, o, özü də,xa0 bunu bilən, eşidən özgələri də bir daha kiminsə ana-bacısına sataşmağa cəsarət etməzdi. Eləcə də küçədə qadının-qızın zinətinin, əşyasının soyulmasına da çox sərt baxırdılar. Belə cinayətkarları da cəzalandırırdılar. Onların da kitabı bağlanırdı... Təəssüflər olsun ki, hazırda qadınla, namusla bağlı cinayətlərə bu cür yanaşma, demək olar ki, yoxdur. Odur ki, sataşma, zorlama, qadın soyğunçuluğu halları gündən-günə artmaqdadır. At izi it izinə qarışıb...xa0
-Bakıdakı erməni “qanuni oğru”x9dlarla ünsiyyətiniz olmuşdumu?
(Davamı var)
Sultan Laçın