Ermənistan ordusunda növbəti intihar dalğası: "Qarabağ bizim deyil"

Son zamanlar Ermənistanda əsgər ölümləri faktı getdikcə artmaqdadır. Orduda, xüsusilə, intihar və zorakılıq hadisələri daha çox qeydə alınır.
Ötən günlərdə Ermənistanın Şirak vilayətinin Hastik kəndində Abas Sloyan adlı əsgərin intihar etməsi xəbəri yayılıb. O, Armavir şəhərində birlikdə xidmət etdiyi yoldaşları tərəfindən fiziki zorakılığa və təhqirlərə məruz qalıb. Daha sonra buna dözməyərək kazarmadan qaçıb və əmisinin evinə gedib. 19 yaşlı əsgər burada özünü asaraq intihar edib.
Buna bənzər başqa bir hadisə isə Ermənistanın Nubaraşen hərbi hissəsində qeydə alınıb. Burada xidmət göstərən Vardan Melkonyan adlı əsgər intihar edib. Əsgərin yaxınları isə onun öldürüldüyünü iddia ediblər.
Bütün bu hadisələr Ermənistanda kəskin narazılıqlara səbəb olub. Müdafiə Nazirliyi və hökumət binası qarşısına toplaşan vətəndaşlar övladlarının boş yerə ölümə göndərən hökumətin istefasını tələb edib. Əsgərlərin valideynləri bildiriblər ki, onların övladları müharibədən ya əlil kimi qayıdır, ya qətlə yetirilir, ya da intihar etmək həddinə çatdırılırlar. Onlar övladlarını Qarabağda vuruşmaqdan yayındırmaq niyyətilə bütün ölkəyə müraciət ünvanlayıblar:
“Qarabağ onsuz da bizim torpağımız deyil! Uşaqlarınızı rejimin qurbanına çevirməyin. Onları orduya göndərməyin!”x9d
Siyasi ekspert Elxan Şahinoğlu erməni xalqının narazılıqlarının iki səbəbi olduğunu qeyd etdi:
“Ermənistandakı narazılıqların məğzi ondan ibarətdir ki, ordunun əsgərləri Ermənistan naminə həlak olmurlar. Başqasına aid torpaqlarda hökumətin mənafeyi naminə məhv olurlar. Bu fakt da onların valideynlərində və ümumilikdə ölkədə haqlı narazılıqlara səbəb olur.
Ermənistanda demoqrafik vəziyyətin getdikcə ağırlaşması da etirazlara ciddi təsir göstərən amillərdəndir. Hökumət yaxın gələcəkdə orduya çağırmağa gənc tapa bilməyəcək. Çünki Ermənistan əhalisi sürətlə və bir daha qayıtmamaq şərtilə ölkəni tərk edir.
Bütün bu böhranlı vəziyyətlərə baxmayaraq, Ermənistan öz işğalçı siyasətindən əl çəkmir. Üstəlik, təxribatlara da davam edir.
Ermənistanda bu cür narazılıqların baş qaldırmasında Azərbaycan ordusunun böyük rolu var. Çünki ordumuz düşmənə təzyiq göstərdikcə qarşı tərəfdə problemlər yaranmağa başlayır.
Bu cür narazılıqlar ölkə daxilində də çaxnaşma yaradır və hətta, silahlı insidentlərə səbəb olur. Keçən ilin yay aylarında paytaxtda baş verən iğtişaşları buna misal gətirə bilərik”x9d.
Hərbi eskpert Azad İsazadə təkcə intihar cəhdlərinin deyil, döyüş vəziyyətlərinin çətinliyinin də Ermənistanm ordusuna ciddi itkilər verdiyini dedi:
“Ermənistanda bu proses uzun müddətdir ki, davam edir. Vətəndaşların iqtisadi baxımdan çöküş yaşaması azmış kimi, övladlarının da müharibədə həlak olması onlara ikiqat zərbə vurur.
Biz bu halların təkcə Ermənistanda deyil, Çeçenistanda da şahidi olmuşduq. Oradakı müharibə zamanı da əsgər analarının kəskin narazılıqları baş qaldırmışdı. Çünki hökumət müharibəyə azyaşlı, heç bir təcrübəsi olmayan uşaqları göndərirdi. Bu gün bu proseslər eyni nəticələrlə, fərqli motivlərdə Ermənistanda təkrarlanır”x9d.(Publika.azxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

Qızılın qiyməti 4 700 dolları ötdü

Qızılın qiyməti 4 700 dolları ötdü

Təranə Quliyevaya vəzifə verildi

Təranə Quliyevaya vəzifə verildi

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Tanınmış sabiq hakim vəfat etdi

Tanınmış sabiq hakim vəfat etdi

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

End of content

No more pages to load

RADİO