Aqil Abbas rus şairə söz verdi: "Ona ev tikdirəcəm"

Təki Fomenkovun proqnozu reallaşsın, mən onun bütün xərclərini üstümə götürürəm, hətta ona Ağdamda bir ev də söz verirəm.
 
Bu sözləri  rusiyalı ictimai xadim Aleksandr Fomenkovun bu ilin payızına qədər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi ilə bağlı proqnozuna münasibət bildirərkən millət vəkili, yazıçı Aqil Abbas deyib. Deputat Fomenkovun dediyi özünü doğruldarsa, onu Ağdamda evlərində qonaq edəcəyini, gözəl bir məclis quracağını, kitablarının təqdimatını belə keçirəcəyini deyib:
 
“Təki onun proqnozu reallaşsın, mən onun xərclərini qarışlayacağam, hətta ona Ağdamda bir ev də söz verirəm. Düzdür, Şuşada tikdirə bilmərəm, buna imkanım çatmaz. Ancaq Ağdamda həyət yerləri çoxdur və dediyi düz çıxarsa, ona Ağdamda ev tikdirəcəyəm”x9d.
 
Millət vəkili Elman Məmmədov isə rusiyalı yazıçının açıqlamasına maraqlı münasibət bildirib:
 
“Bu yaradıcı bir insanın, mənəviyyat adamının haqq çağırışıdır. Milliyyətcə rus, dini xristian olsa da, çox güman ki, bu məsələni dərindən bildiyindən hər kəsi ədalətə səsləyir. O, əslində, bu fikirləri ilə özü kimi düşünən ziyalılara səslənir. Təbii ki, bu cür insanların mövqeyi Rusiyanın siyasətinə təsirsiz ötüşə bilməz. Rusiyada siyasətçi, politoloq və rəsmi dövlət məmurları arasında belə insanlar çoxdur. Hətta bəzi seçilmiş şəxslər qəbul edirlər ki, haqq Azərbaycanın tərəfindədir, hətta bilirlər ki, bu gün Ermənistan deyilən dövlətin yaradıldığı ərazi də Azərbaycanın torpaqlarıdır. Azərbaycan keçən əsrin əvvəllərində o torpaqları güzəştə getdi ki, ermənilər öz dövlətlərini qursun. Fomenkovun timsalında bir çox rus ziyalısı Şuşadan hansı dünya səviyyəli tarixi şəxsiyyətlərin çıxdığını gözəl bilir. Ölkəmizə münasibətini belə səmimi və qabarıq büruzə verən bu cür insanları alqışlayıram. Onun çağırışına nəinki Rusiyadan, başqa dövlətlərdən də qoşulacaqlar. Çünki o, görkəmli bir şəxsiyyətdir, sıradan biri deyil. Mən də bir məcburi köçkün, millət vəkili olaraq ona təşəkkür edirəm”x9d.
 
Xalq şairi Sabir Rüstəmxanlının sözlərinə görə, Azərbaycan gələcəkdə nəinki Fomenkov, hətta Qarabağda işləmək istəyən istənilən rus ziyalısının xərcini çəkməyə hazırdır: 
 
"Bu məsələdə Rusiya siyasi elitası ciddi rol oynaya bilər. Bəzu ruslar onillər ərzində təəssüf ki, ermənipərəst mövqe tutmuş, Qarabağ təşkilatı belə yaratmış, oraya çoxlu rus ziyalıları cəlb etmişdilər. İndi onların içərisindən Fomenkov kimi ədalətli adamlar peyda olursa, bunu ancaq alqışlamaq olar”x9d.
 
Qeyd edək ki, rusiyalı yazıçı, ictimai xadim, tarixçi Aleksandr Fomenkov bu ilin payızına qədər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini yazıb.
 
“Əgər mən haqlı olsam, o zaman Şuşaya gəlib, rus dili müəllimi işləyəcəyəm. Haqlı olacağım halda kim mənim Qarabağ səfərimin xərclərini üzərinə götürməyə hazırdır? Dediklərim olmasa, bütün şeirlərim, məqalələrim, esselərimi yandıracağam və bir də ölüm anına qədər “Azərbaycan”x9d adını dilimə almayacağam”x9d, - A.Fomenkov əminliklə bildirib.(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

Almaniyada gənclər mərkəzinə SİLAHLI HÜCUM – Ölən və yaralılar var – FOTO

“İmişli” baş məşqçisi ilə YOLLARINI AYIRDI

“İmişli” baş məşqçisi ilə YOLLARINI AYIRDI

İsa Həbbibəylidən ortaq Türk əlifbası ilə bağlı AÇIQLAMA – VİDEO

İsa Həbbibəylidən ortaq Türk əlifbası ilə bağlı AÇIQLAMA – VİDEO

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olundu - FOTO

Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA – “Maya dəyərindən də aşağı satılır”

Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA – “Maya dəyərindən də aşağı satılır”

NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi YANIR

NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi YANIR

Biricit Makronu yenidən vurub? – VİDEO

Biricit Makronu yenidən vurub? – VİDEO

Rusiya bazasının Ermənistandan çıxarılması iddialarına rəsmi Moskvadan CAVAB

Rusiya bazasının Ermənistandan çıxarılması iddialarına rəsmi Moskvadan CAVAB

Gecə istidən yata bilməyənlərin DİQQƏTİNƏ

Gecə istidən yata bilməyənlərin DİQQƏTİNƏ

Rayonlarda dolu düşəcək, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Rayonlarda dolu düşəcək, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sərnişinlərin NƏZƏRİNƏ – Qatarların hərəkət qrafiki dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ – Qatarların hərəkət qrafiki dəyişdiriləcək

Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq dünyasını dəyişdi

Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq dünyasını dəyişdi

Yeddinci dəfə evlənmək üçün 60 kiloqram arıqladı – FOTO

Yeddinci dəfə evlənmək üçün 60 kiloqram arıqladı – FOTO

Ürək xəstəliklərindən xilas olmağın SİRRİ – Gündə cəmi 21 dəqiqə vaxt ayırmaq kifayətdir

Ürək xəstəliklərindən xilas olmağın SİRRİ – Gündə cəmi 21 dəqiqə vaxt ayırmaq kifayətdir

Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı – VİDEO

Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı – VİDEO

İyul ayına olan HAVA PROQNOZU: 42 dərəcə isti olacaq

İyul ayına olan HAVA PROQNOZU: 42 dərəcə isti olacaq

Səbinə Mehdiyeva yüksək vəzifəyə TƏYİN EDİLDİ – FOTO

Səbinə Mehdiyeva yüksək vəzifəyə TƏYİN EDİLDİ – FOTO

İyul ayında beş BÜRCÜ inanılmaz sürprizlər GÖZLƏYİR

İyul ayında beş BÜRCÜ inanılmaz sürprizlər GÖZLƏYİR

Venesuelada güclü ZƏLZƏLƏ oldu

Venesuelada güclü ZƏLZƏLƏ oldu

Son altı ayda Azərbaycanda 73 uşaq övladlığa verilib – RƏSMİ

Son altı ayda Azərbaycanda 73 uşaq övladlığa verilib – RƏSMİ

Ağ Evdən İrana növbəti XƏBƏRDARLIQ – VİDEO

Ağ Evdən İrana növbəti XƏBƏRDARLIQ – VİDEO

Bir ayda Azərbaycanda 6 bank filialı və 1 şöbə bağlanıb

Bir ayda Azərbaycanda 6 bank filialı və 1 şöbə bağlanıb

Qaluzindən AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

Qaluzindən AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO