Almaniyadakı türk vəkillərindən bRamazan Akbaş alman Bundestaqının qondarma “erməni soyqırımı”x9dnı tanımasına cavab olaraq Karlsruhe şəhər məhkəməsinə və Avropa Məhkəməsinə müraciət edib. Bundestaqı məhkəməyə verən vəkil bu qərarın həqiqətdən uzaq olduğunu bildirib və sözügedən qurumu Almaniyada yaşayan türklərin maraqlarını nəzərə almamaqda ittiham edib.
Maraqlıdır,
Azərbaycan və ya Almaniyadakı azərbaycanlıların da Bundestaqa qarşı məhkəmə
iddiası qaldırması məqsədəuyğundurmu? Türkiyəyə bu formada dəstək verməyə
ehtiyac varmı?
Moderator.az-a
açıqlama verən “Borçalı”x9d Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Azərbaycanın
bütün mümkün vasitələrlə Türkiyəyə dəstək verməsi gərəkdiyini vurğuladı:
“Alman
Bundestaqının qərarı yanlışdır, qərəzlidir və siyasi mahiyyət daşıyır. Avropa dəyərləri
bu cür hallarda məhkəmə hüququndan istifadəni məqbul hesab edir. Düşünürəm ki, türk
vəkilin bu təşəbbüsü
doğrudur və dəstəklənməlidir. Ümumiyyıtlə, Azərbaycan Türkiyəsiz çox zəif
görünər. Türkiyə
Cumhuriyyəti Azərbaycanın
varlığının qarantlarından biri və əsasıdır. Türkiyənin bəzi yaxın və uzaq
qonşuları bütün vasitələrlə Türkiyəni zəif salmaq, yeni dünya düzənində türk
faktorunu maksimum təsirsiz vəziyyətə gətirmək istəyirlər. Bütün
hallarda, Azərbaycan
Türkiyənin haqlı mövqeyinin yanında olmalıdır. Hətta Azərbaycan və Türkiyənin
konfederasiyası
modeli təxirəsalmadan gündəmə daşınmalıdır. Türkiyənin zəifləməsi və ya zəiflədilməsi
Azərbaycanın dövlət olaraq varlığını ciddiliyi ilə şübhə altına ala biləcəyi həqiqətini
heç kim unutmamalıdır”x9d.
Seymur
Əliyev