Bu gün Böyük Britaniyanın Oksford Universitetinin professoru Endru Uayls “Riyaziyyatçılar üçün Nobel mükafatı”x9d adlandırılan nüfuzlu Abel mükafatına layiq görülüb. Abel mükafatı həyatını erkən yaşda- 27 yaşında itirmiş məşhur riyaziyyatçı Henrik Abelin şərəfinə hazırlansa da çox keçmədən Nobel mükafatına alternativ bir nüfuza çevrildi.
Moderator.az təqdim edəcəyi yazısında Abel mükafatının tarixi və bizim məşur riyaziyyatçıların o mükafatı ala bilməmələrinin səbəbinə toxunub:
Nils Henrik Abel
Henrik Abel cəmi 27 il ömür sürən dahi Norveç riyaziyyatçısı idi. 1802-1829-cu illərdə yaşayan bu riyaziyyatçının həyatı kasıblıq və mərhumiyyətlər məngənəsində keçib. O, Oslo Universitetini fəlsəfə doktoru elmi dərəcəsi ilə bitirib. 1822-1823-cü illərin qışında differensial tənliklərin inteqrallanmasına dair böyük elmi iş həyata keçirib və bu işinə görə mükafat olaraq ona ölkə xaricində təhsilin davam etdirmək üçün dövlət təqaüdü ayrılır.
Əvvəlcə o, Berlinə yollanır və 1825-ci ilin sentyabrından 1826-cı ilin fevralına qədər burada yaşayır. Burada o Avqust Krelemlə tanış olur və Kremel istedadlı norveçlini bir elmi jurnala işə düzəldir. Onun işi xüsusilə elliptik funksiyalar nəzəriyyəsinə dair idi. Nils Abel Karl Qustav Yakob ilə bu sahəni nəzərə çarpacaq dərəcədə inkişaf etdirir. 1826-28-ci illərdə Nils Abel Avropanın 3 nəhəng şəhərində Venesiya, Paris və Berlində riyazi araşdırmalarını aparmaqla yanaşı onların tədrisi ilə də məşğul olur.
27 illik həyat tarixçəsində o müasir cəbrin və cəbri funksiyalar nəzəriyyəsinin əsasını qoyur. Ölümünə yaxın vətənə qayıdan Abel burada Kristianiya universitetində çalışır. Lakin erkən yaşda vərəmə tutulan alim çox keçmədən dünyasını dəyişir. Buna baxmayaraq o riyaziyyat elminə “Abel inteqralları”x9d və elliptik funksiyalar nəzəriyyəsini bağışlayır. Aydakı kraterlərdən biri alimin adını daşıyır.
Nobelə alternativ Abel
Lakin illər keçəndən sonra da Norveç Krallığı, eləcə də Norveç Elm və Ədəbiyyat akademiyası Abeli unutmur. Onun 100-cü il dönümündə yəni, 1902-ci ildə riyaziyyatçı alimlərə hər il “Abel mükafatı”x9d verilməsi qərara alınır. Kral II Oskar da bu təklifi çox gözəl qəbul edir. Lakin 1905-ci ildə Norveç və İsveç birliyinin dağılmasından sonra Abel mükafatını təqdimatı da dayandırılır. Ancaq uzun müddətdən sonra, 2002-ci ildə Nils Abelin 200 illiyinə ithaf olaraq Norveç Kral Akademiyası tərəfindən mükafat yenidən bərpa olunur. Hətta o qədər yüksək imicə malik olur ki, bunu Nobel mükafatına alternativ kimi görürlər. Təqdim olunan pul mükafatı da bir o qədər fərqlənmir. Belə ki, 2011-ci ildən etibarən Abel mükafatına layiq görülən riyaziyyatçı alimlər üstəlik 1,2 milyon dollar civarında pula da sahiblənirlər. 2003-cü ildən etibarən hər il bir yaxud bir neçə riyaziyyatçıya verilən mükafatın münsiflər heyyəti Beynəlxaql Riyaziyyatçılar Birliyindən seçilir. 1,2 milyonluq dolları qazanan ilk riyaziyyatçı amerikalı alim Con Milnor olur.
Bu mükafatdan kənar Azərbaycan alimləri
Dünyanın siyasi girdaba büründüyü XXI əsrdə Abel mükafatının təqdimatında da obyektivlik nəzərə alınmır. Hər halda bəzi faktlar bunu deməyə imkan verir. Avropa Riyaziyyatçılar Birliyinin mükafat komitəsində hegemonluğu “Abel”x9də əsil sahiblənəcək şəxsləri tamamilə
kənarda saxlayır. 2003-cü ildən bəri təqdim olunan mükafata demək olar ki, heç bir müsəlman alimi sahib ola bilməyib. Azərbaycandan bu mükafata layiq şəxslər sırasında təkcə Lütfi Zadənin adını çəkmək kifayətdir. Dünya elminə 5 bənzərsiz nəzəriyyə bəxş edən alim bəşəri məntiqi kökündən dəyişib. Riyaziyyatçılara Nobelin verilməməsi bizlərə bəlli olsa da, 1,2 milyonluq Abelin Zadəyə verilməməsini yalnız siyasi səbəblərlə əlaqələndirmək olar.
Zadənin Amerikanı təmsil etdiyini, Azərbaycanla heç ilişgisi olmayanların nəzərinə çatdıraq ki, sırf ölkəmizi təmsil edənlər arasında da belə alimlər az deyil. Professor Rafiq Əliyev təkcə ALI-1, ALI-3 məntiq nəzəriyyələri ilə bu mükafata layiqdir. Belə ki, rus kosmik agenturasında idarəedici məntiq kimi yalnız Əliyevin bu iki məntiqi əsas götürülür.
Digər alim isə rus kosmik fəzasının lideri İqor Aşurbəylidir. O, S-300 raketlərini ixtira etməklə yanaşı, rus kosmik fəzasını xeyli inkişaf etdirə bilib. Özü də təkbaşına. Digər alimlərdən Vərqa Kələntərli, Elman Həsənoğlunu da misal göstərmək olar. Dünyasını dəyişsələr də Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hüseynov də başqalaırına riyaziyayt sahəsindəki xidmət və ixtiralarına görə bu mükafatı təqdim etmək olar. Lakin indiki zamanda siyasət elmi, elmin siyasətindən məharətlə istifadə edir.
Elmin Nuri