Xəbər verdiyimiz kimi gələn il Fransada baş tutacaq prezident seçkilərinə qara dərili, müsəlman Rama Yade namizədlik irəli sürüb.
Rama Yade kimdir?
Rama Yade 1976-cı ildə Seneqalın paytaxtı Dakarda dünyaya gəlib. Valideynləri ayrıldıqdan sonra 1987-cil ildə ailəsi ilə birgə Fransaya gələn R.Yade burada Paris Siyasi Biliklər İnstitutunu bitirib. 2005-ci ildə Sosialist Partiyasının nümayəndəsi Jozef Zimmetlə ailə quran Yade eyni ildə həm də siyasətə qoşulub. O, Fransanın keçmiş prezidenti Nikola Sarkozinin hakimiyyəti dövründə ayrı-ayrı vaxtlarda xarici əlaqələr, insan haqları və idman nazirliklərində çalışıb. Xanım siyasətçi açıq-aşkar şəkildə Nikola Sarkozinin yaraşıqlı olduğunu iddia etməkdən də çəkinməyib.
Belə ki, 2005-ci ildə Xalq Hərəkatı Birliyinə yazılan R.Yade sağ dəyərlərdən çox Nikola Sarkozinin xarizmasının təsirli olduğunu söyləyib. Zaman-zaman qalmaqallı çıxışlar edən Rama AB konstitusiyasına qarşı olduğunu açıqlayıb. O, hər zaman onu da bəyan edib ki, ABŞ-ın İraqa müdaxiləsini dəstəkləyir. Rama Yade həm də eynicinsilərin nikaha daxil olmasını dəstəkləyənlərdən biridir. Onun bu addımını homoseksuallar dəstəkləsə də, siyası arenada sözügedən dəstək birmənalı qarşılanmır.(Qafqazinfo)
