Rusiyanın Azərbaycan planı - “Yuxuya gedən”x9d kim olacaq?

Azərbaycan və Türkiyə arasında hərbi sahədə son illər dərinləşən əməkdaşlıq ən çox Rusiyanı narahat etməkdədir.

Moderator.az “Yeni Müsavat”x9da istinadən xəbər verir ki, Moskvanın münaqişə zonasındakı son gərginliyə görə hələ də Ankaranı suçlu çıxarmasının əsas motivi də məhz bu amillə bağlıdır. Kreml xüsusən də 24 noyabr təyyarə insidentindən sonra Azərbaycan-Türkiyə yaxınlaşmasına əndişə ilə yanaşır, ona görə ki, bu yaxınlaşmanı ilk növbədə özünün Güney Qafqazdakı maraqlarına təhlükə sayır. Bir çox təhlilçilər Dağlıq Qarabağ konflikti zonasında yaşanan 4 günlük müharibənin əsas səbəbləri sırasında bu faktoru önə çəkməkdədirlər.

“Təmas xəttində ermənilərin son provokasiyasının arxasında Azərbaycanın Türkiyəyə yaxınlaşmasından dolayı Rusiyanın narahatlığı dayanır. Bu, atəşkəs rejiminin ermənilər tərəfindən pozulmasının əsas səbəbidir. Ancaq nə olur-olsun Türkiyə bundan sonra da Azərbaycanı müdafiə edəcək”x9d. Bunu rusdilli vesti.az saytına türkiyəli analitik, Strateji Tədqiqatlar Mərkəzinin prezidenti Yusif Çinar bildirib.

Analitik daha sonra cəbhədəki situasiyanın ağırlaşması ərəfəsində Rusiya XİN rəsmisi Mariya Zaxarovanın“Türkiyə və Rusiya arasında böhran müvəqqəti xarakter daşıyır”x9d bəyanatını xatırladaraq deyib: “Bunun ardınca Türkiyə baş naziri Əhməd Davudoğlu bəyan elədi ki, iki ölkə arasında gərginlik çox çəkməyəcək. Bu bəyanatların ardınca münasibətlərdə yumşalma gözlənilirdi. Lakin cəbhə xətindəki vəziyyətin qəfil pisləşməsi bu ehtimalı azaltdı. KİV-lərdə belə bir informasiya keçdi ki, Rusiya yaxın zamanlarda Ermənistanda öz hərbi mövcudluğunu artıracaq, onun ərazisində 5 min nəfərlik hərbçi və yeni silahlar yerləşdirəcək. Səbəb kimi də Azərbaycanın regional inkişaf sahəsində Rusiyanı ”x9dbort arxasında" qoyması göstərilirdi".

“Xatırladım ki, birinci Qarabağ müharibəsi zamanı Rusiya işarə vurmuşdu ki, əgər Türkiyə ilə yaxınlaşan Elçibəy Rusiyanı qulaqardı etməsəydi, Azərbaycan Qarabağı itirməzdi. ”x9dSu 24" təyyarəsi ilə bağlı insidentdən sonra isə Moskva Azərbaycanla Türkiyə arasında münasibətlərin necə güclü şəkildə yaxşılaşdığını qısqanclıqla müşahidə edir" - ekspert qeyd edib.

Onun sözlərinə görə, bu yaxınlaşma nə qədər dərin olsa, Rusiya bir o qədər tez-tez Qarabağ kartından istifadə edəcək. “Rusiya Azərbaycana təzyiq rıçaqı üçün Dağlıq Qarabağ münaqişəsi ilə spekulyasiya edir. Moskva Suriya böhranına müdaxilə etdikdən sonra Dağlıq Qarabağ probleminin həllinə öz təsirini nümayiş etdirmək istəyirdi. Ancaq gözləntilərində bərk yanıldı. Rusiya ermənilərin provokasiyasına Azərbaycanın belə sərt cavab verəcəyini gözləmirdi. Azərbaycan nəinki Ermənistanın hücumuna duruş gətirdi, eyni zamanda Qarabağ məsələsində öz qətiyyətini nümayiş etdirdi”x9d.

Türkiyəli analitikin fikirləri gerçək olmaqla yanaşı, həm də narahatlıq doğurur və xəbərdarlıq xarakteri daşıyır. Bu xəbərdarlığın da mahiyyəti ondan ibarətdir ki, Moskva münasibətləri durmadan dərinləşən Azərbaycan və Türkiyəyə ermənin əli ilə, Qarabağ kartından istifadə eləməklə, habelə, 4 günlük savaşın revanşı kimi yeni sürpriz etmək istəyinə düşə bilər. Saxta erməni soyqırımının yaxınlaşan növbəti ildönümü bu ehtimalı gücləndirir ki, zəiflətmir.

Məsələ də ondadır ki, bu həftə prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak eləmək üçün Türkiyəyə səfər edəcək. Ayın sonlarında (aprelin 25-də) isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tədbirində iştirak üçün Bakıya gələcək.

Hər iki tədbir əslində beynəlxalq miqyaslı olsa da, aydın məsələdir ki, Ankara-Bakı müttəfiqliyinin dünyaya növbəti nümayişi ilə yadda qalacaq. Demək, yüzdə yüz Moskvada əlavə qıcıq doğuracaq. Bu mənada xüsusən də aprelin 24-də - uydurma “genosidin”x9d ildönümü və Ərdoğanın Bakı səfəri ərəfəsində Kremlin Azərbaycanı ümidverici sülh danışıqları ilə “yuxuya verib”x9d cəbhədə yeni bir təxribat hazırlamayacağına əminlik yoxdur - üstəlik, erməni də indi revanş istəyi ilə alışıb-yanırsa...

Onu da unutmayaq ki, qardaş ölkə liderinin Bakı səfəri son iki ayda iki dəfə terror aktları səbəbi ilə təxirə salınıb və bu olayların arxasında “rus barmağı”x9d da görünüb. Yəni sürpriz Qarabağla bağlı olmaya da bilər...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda yeni futbol klubu yaradılır

Azərbaycanda yeni futbol klubu yaradılır

Sabah bürcləri nə gözləyir? – Astroloji proqnoz AÇIQLANDI

Sabah bürcləri nə gözləyir? – Astroloji proqnoz AÇIQLANDI

Rusiyanın 4-cü ən böyük neft emalı zavodu dron hücumundan sonra bağlandı

Rusiyanın 4-cü ən böyük neft emalı zavodu dron hücumundan sonra bağlandı

Kanadada yanğınsöndürənləri daşıyan təyyarə qəzaya uğrayıb

Kanadada yanğınsöndürənləri daşıyan təyyarə qəzaya uğrayıb

Bakının mərkəzində təntənəli hərbi YÜRÜŞ – Sakinlər qürurla izləyib - VİDEO

Bakının mərkəzində təntənəli hərbi YÜRÜŞ – Sakinlər qürurla izləyib - VİDEO

Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib

Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib

Nazir Mirzə Mirzəyevə VƏZİFƏ VERDİ - FOTO

Nazir Mirzə Mirzəyevə VƏZİFƏ VERDİ - FOTO

Venesueladakı zəlzələdən sonra kütləvi OĞURLUQ – Mağazalar boşaldıldı

Venesueladakı zəlzələdən sonra kütləvi OĞURLUQ – Mağazalar boşaldıldı

Bakı-Qazax yolundakı dəhşətli qəzanın Anbaan VİDEOSU

Bakı-Qazax yolundakı dəhşətli qəzanın Anbaan VİDEOSU

Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər - VİDEO

Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər - VİDEO

Laçında hərbçilər yürüş ediblər - FOTO

Laçında hərbçilər yürüş ediblər - FOTO

Narkomaniya diaqnozu qoyulan qadın və yeniyetmələrin SAYI AÇIQLANDI

Narkomaniya diaqnozu qoyulan qadın və yeniyetmələrin SAYI AÇIQLANDI

Növbəti 2 gündə külək güclənəcək - XƏBƏRDARLIQ

Növbəti 2 gündə külək güclənəcək - XƏBƏRDARLIQ

İngiltərədə 3 yaşlı uşaq timsah qəfəsinə düşüb - FOTO

İngiltərədə 3 yaşlı uşaq timsah qəfəsinə düşüb - FOTO

Ursula fon der Lyayen Azərbaycana gəlir

Ursula fon der Lyayen Azərbaycana gəlir

Türkiyə MN: "Azərbaycanla tək ürək, tək yumruq olmağa davam edəcəyik” - FOTO

Türkiyə MN: "Azərbaycanla tək ürək, tək yumruq olmağa davam edəcəyik” - FOTO

“Azərbaycan Silahlı Qüvvələri NATO standartları ilə yüksək uyğunluğa malikdir” – Kevin Hamilton - FOTO

“Azərbaycan Silahlı Qüvvələri NATO standartları ilə yüksək uyğunluğa malikdir” – Kevin Hamilton - FOTO

5 ayda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb

5 ayda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb

Çirkli hava astma xəstələrinə əlavə problem yaradır

Çirkli hava astma xəstələrinə əlavə problem yaradır

Bu ərazilərə leysan yağır

Bu ərazilərə leysan yağır

Azərbaycandan Ermənistana benzin və dizel göndərildi

Azərbaycandan Ermənistana benzin və dizel göndərildi

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

Torpaqlarımız bərəkətli, insanlarımız çalışqandır

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Britaniya səfiri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Bu gün bürcləri nə GÖZLƏYİR?

Bu gün bürcləri nə GÖZLƏYİR?

End of content

No more pages to load

RADİO