Ağdamda 2 məktəbə mərmi düşüb... -Foto

Təhsil Nazirliyi cəbhə zonasında ermənilərin hücumları nəticəsində ziyan dəyən təhsil müəssisələri ilə bağlı məlumat açıqlayıb. 
 
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a məlumat verilib.
 
Məlumatda deyilir ki, erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır.
 
İntensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub. Təhsil müəssisələrinə ciddi ziyan dəyib. Belə ki, aprelin 2-də Ermənistan tərəfindən Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya  atəşinə tutulması nəticəsində rayonun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də  məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb.
 
Bundan başqa, həmin gün rayonun Ayaq Qərvənd  kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib.
 
Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir və məktəbliləri hədəfə almaqla onların təhsil hüququnu məhdudlaşdıran vəziyyətin ciddi narahatçılıq doğurduğunu bildirir.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Hövsanda açıq ərazi YANIR

Hövsanda açıq ərazi YANIR

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU

Azərbaycanlı iş adamının deputatlığa namizədliyi LƏĞV OLUNDU

Ağ Ev: İranla heç bir danışıq aparılmır

Ağ Ev: İranla heç bir danışıq aparılmır

Dünyada ən çox yeyilən ət bəlli oldu

Dünyada ən çox yeyilən ət bəlli oldu

Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

Rusiyalı müğənni Dima Bilanın nəvələri dünyaya gəlib - FOTO

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq - VİDEO

BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq - VİDEO

Sabah 3 rayonun bir hissəsi qazsız qalacaq

Sabah 3 rayonun bir hissəsi qazsız qalacaq

İspaniyada Tunc dövrünün məşhur xəzinəsi oğurlandı - FOTO

İspaniyada Tunc dövrünün məşhur xəzinəsi oğurlandı - FOTO

Bərdədə AĞIR QƏZA – Yaralılar var

Bərdədə AĞIR QƏZA – Yaralılar var

Bakıda saray kimi villa ŞOK qiymətə satışa çıxarıldı- FOTO

Bakıda saray kimi villa ŞOK qiymətə satışa çıxarıldı- FOTO

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi KƏSKİN AZALIB

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi KƏSKİN AZALIB

TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO

TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO

Milli Kibertəhlükəsizlik Agentliyində yeni- Təyinatlar

Milli Kibertəhlükəsizlik Agentliyində yeni- Təyinatlar

İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?

İctimai şəxslərin şəxsi həyatı niyə fəaliyyətlərindən daha çox maraq doğurur?

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

End of content

No more pages to load

RADİO