Tanınmış hüquqşünas Qurban Məmmədov Moderator.az-a açıqlamasında əfv sərəncamı ilə azad edilən məhbuslara, eləcə də onların ailələrinə gözaydınlığı verib, prezidentə minnətdarlıq ifadə edib:
“15 martda
yazmışdım ki: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Türkiyə səfəri tarixə iki dövlətin qardaşlığı barədə qızıl hərflərlə yazılacaq
tarixi hadisədir. İntiqam Əliyev, Xədicə İsmayıl və Tale Bağırzadə başda
olmaqla, siyasi məhbusların bu bayram azadlığa buraxılmaları, ailələrinə
qovuşdurulmaları bu tarixi hadisənin zinəti olardı!"
Buraxılanları
təbrik edir, ailələrinə gözaydınlığı verirəm. Hörmətli Prezidentə isə minnətdarlığımı
bildirməklə, bu yolda daha cəsarətli, əzmkar və genişqəlbli olmasını, İntiqam
Əliyev, Xədicə İsmayıl, Tale Bağırzadəni və qalan bütün siyasi məhbusları da
tezliklə azadlığa buraxmaqla bu problemə birdəfəlik son qoymasını, milli birlik
istiqamətində, ictimai etimad mühitinin yaradılmasında real və qalıcı addımlar
atmasını arzulayıram”x9d.