Hazırda həbsdə olan tanınmış şair Saday Şəkərli haqqında seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənə bilər. Bu barədə Moderator.az-a şairin həyat yoldaşı Əminə Şəkərova məlumat verib. Onun sözlərinə görə, fevralın 12-də Vergilər Nazirliyi tərəfindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı məktub onda şairin ev dustaqlığına buraxıla biləcəyi ilə bağlı ümid hissi yaradıb.
Məlumat üçün qeyd edək ki,
Vergilər Nazirliyindən anti-korrupsiya idarəsinə ünvanlanan mürciətdə deyilir:
“Azərbaycan Respublikasının
baş prokurorunun müavini, Azərbaycan Respiblikası Baş Prokuroru yanında
Korrupsiyaya Qarşı Mübarizə baş İdarəsinin rəisi, II dərəcəli dövlət-ədliyyə
müşaviri cənab Kamran Əliyevə
Hörmətli Kamran müəllim. Azərbaycan
Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən
vətəndaş Saday Şəkərli haqqında ”¦ nömrəli cinayət işinə əsasən istintaq
olduğunu nəzərə alaraq, həmin şəxs barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi
haqqında vətəndaş Əminə Şəkərovanın Vergilər Nazirliyinə daxil olan
5.02.2016-cı il tarixli və 9.02.2016-cı il tarixli müraciətləri sizə göndərilərək
aidiyyatı üzrə baxılması üçün müvafiq göstəriş verməyinizi xahiş edirəm.
Hörmətlə, nazirin müavini,
II dərəcəli dövlət-vergi xidməti müşaviri Namiq Əliyev”x9d.
Ə.Şəkərovanın sözlərinə görə,
o, vergilər naziri Fazil Məmmədova məktub vasitəsi ilə iki dəfə müraciət edib. 5 fevral tarixindəki ilk müraciətində S.Şəkərlinin
günahsız olduğunu, bu səbəbdən də onun azadlığa buraxılmasına köməklik gösətrməyi
xahiş edib. İkinci məktubu isə 9 fevral 2016-cı il tarixində ünvanlayıb və həmin
məktubda heç deyilsə şairin həbsinin ev dustaqlığı ilə əvəzləndirilməsini xahiş
edib.
Ə.Şəkərova ümid edir ki,
Vergilər Nazirliyinin anti-korrupsiya idarəsinə ünvanladığı 12 fevral 2016-cı
il tarixli yuxarıdakı məktubu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş
İdarəsinin rəhbərliyi tərəfindən nəzərə alınacaq, S.Şəkərli haqqıdna seçilən həbs-qətimkan
tədbiri ev dustaqlığı ilə əvəz olunacaq.
Xatırladaq
ki, Bakı şəhər sakini Saday Şəkərli dekabrın 23 ”“ də həbs edilib. Ona Cinayət Məcəlləsinin
182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət
işi başlanıb və barəsində üç ay həbs qəti imkan tədbiri seçilərək Kürdəxanı həbsxanasına
göndərilib.
Məlumat
üçün qeyd edək ki, Rusiya Yazıçılar İttifaqı, Başqırdıstan
Yazıçılar Birliyi şairin azad olunması ilə bağlı ölkə başçısına xahişlə
müraciət edib. Eləcə də, Saday Şəkərlinin Hüquqlarını Müdafiə Komitəsi, Rusiyada
və Azərbaycanda yaşayan çoxsaylı oxucular eyni xahişlə ölkə prezidentinə
müraciət ünvanlayıb.
Seymur
Əliyev