Tanınmış jurnalist Sevinc Osmanqızının Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevi sərt tənqid edərək onu alçaq adlandırması böyük müzakirələrə səbəb olub.
Sevinc Osmanqızının hiddətinə səbəb Tamerlan Qarayevin vaxtilə verdiyi bir neçə müsahibədə Qarakənd faciəsinə görə Azərbaycan Respublikasının 1-ci dövlət katibi olmuş mərhum Tofiq İsmayılovu günahlandırmasıdır.
Mövzu ilə bağlı Tofiq İsmayılovun qızı və mərhum Daxili İşlər naziri Məhəmməd Əsədovun həyat yoldaşı da fikirlərini bildirərək Tamerlan Qarayev haqqında sərt ittihamlar səsləndiriblər.
Moderator.az mövzu ilə bağlı o dövrdə Prezident Aparatında millətlərarası münasibətlər üzrə müşavir işləmiş Rasim Musabəyovun mövqeyini öyrənməyə çalışıb.
Rasim Musabəyov deyib ki, o, Tamerlan Qarayevin mətbuat xidmətinin rəhbəri deyil və onunla bağlı hər hansı bir suala cavab vermək istəmir.
Qeyd edək ki, Rasim Musabəyov həm də Tamerlan Qarayevin bacanağıdır.