İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq, hüquqşünas-kriminalist İlqar Altay Moderator.az-a açıqlamasında Nardaran probleminin qəti və birmənalı şəkildə həllinin vacibliyinə diqqət çəkib. Politoloqun sözlərinə görə, heç bir halda hansısa kənd, qəsəbə və ya şəhərin “dövlət içində dövlət”x9d statusunda çıxış etməsinə imkan vermək olmaz:
“Azərbaycan dövlətçiliyinə müstəqilliyimizdən bəri bir yara olan Nardaran "şiə avtonomiyası" probleminə nəhayət son verilməlidir.
Özünə hörmət edən heç bir dövlət hansısa bir kəndin "xüsusi imtiyazlı dövlət içində-dövlət" statusu ilə razılaşmaz.
Nardaran nəhayət İran "şiə cəhaləti" əsarətindən xilas edilib Azərbaycan Konstitusiyası normaları məkanına qayıtarılmalıdır.
Bu anormal, antikonstitusion vəziyyətə qarşı qəti tədbirlər görÅ«lməsə və bu gun də son qoyulmasa, tezliklə ölkənin bir çox bölgələrində yeni-yeni nardaranlarla qarşılaşa bilərik”x9d.
xa0
Seymur Əliyev