Eldar Mahmudovun işdən çıxarılması brilyant biznesinə təsir edibmi?

Oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad edilməsi ilə başlamış "təmizləmə" prosesi getdikcə ortalığa maraqlı faktlar çıxarmaqda davam edir. Mətbuatda "MTN işi" adını qazanan həbslər və işdən azad etmələrdən sonra ortalıqda hansı pulların "oynadığı" məlum olur. 

İşdən çıxarılan nazirlərin, həbs edilən məmurların biznesləri, mal-mülklərinin siyahısı haqda mediada xəbərlər yayılmağa başladı. Onlardan bəlkə də ən diqqət çəkəni brilyant biznesi oldu.

Belə ki, məlumatlara görə, sabiq MTN naziri Eldar Mahmudovun əsas gəlir yerlərindən biri də brilyant biznesi olub. Onun şəxsi icazəsi olmadan ölkəyə heç kim brilyant gətirə bilmirmiş. İddialara görə, brilyant biznesini tamamilə şəxsi monopoliyasına götürən sabiq nazir bu yolla böyük pulların sahibi olub. 

Sabiq nazirin bu biznesinə MTN-in həbs olunan idarə rəislərindən birinin müavini Füzuli Ələsgərzadə nəzarət edirmiş. Hazırda nazirin öz vəzifəsindən çıxarılması, digərlərinin isə həbs edilməsi brilyant, daş-qaş bazarına təsir edibmi? 

Bu suala cavab tapmaq üçün Bakının ən böyük qızıl satışı mərkəzlərindən biri olan Mərkəzi Univermağa (MUM) yollandıq. 

Qızıl satışı MUM-ın birinci və ikinci mərtəbələrində həyata keçirilir. Və bütün rəflərin satıcısı var. Hər hansı bir dəyişiklik yoxdur. Bir-bir satıcılara yaxınlaşıb, onlarla müştəri qismində danışdıq. Məlum oldu ki, qızılın ümumi dəyəri dünya birjasında bir az düşsə də, bu qiymət hələlik Bakıda öz təsirini göstərməyib.

Satıcılardan birinin sözlərinə görə, qiymətlərdə heç bir dəyişiklik yoxdur: "Qiymətlər 1 ay öncə necə idisə, indi də eləcə qalıb. Nə qızılın, nə də brilyantın qiyməti dəyişməyib. Hə, dünya bazarında qızıl ucuzlaşıb. Lakin bizdə dəyişən bir şey yoxdur. Ola bilsin ki, yeni qızıllar gəlsə, dəyişiklik olar". 

- Son hadisələrdən sonra qiymətlərdə hələ də dəyişiklik yoxdur?

- Hansı hadisələr..?

- MTN nazirinin vəzifəsindən azad edilməsi və həbslər... 

- Bunun bizim biznesə təsiri yoxdur.

- Bəs, məlumatlara görə, Azərbaycanda brilyant monopoliyasına E.Mahmudov nəzarət edib. İndi də onu vəzifədən uzaqlaşdırıblar...

- Əşi, o olmasın, bu olsun... Nə fərqi var? Bu hadisələrin müsbət mənada kasıb camaata heç bir təsiri yoxdur. Bir sözlə, qiymət dəyişməyib. Dəyişəcəyi də gözlənilmir.

İnsanlar qızılların düzüldüyü rəflərin önündə gəzişirdilər. Onlar da sadəcə, baxırdılar. Qızıl tacirləri deyirlər ki, baxıcı çoxdur, alıcı az: "Gələn-gedən olur. Amma onlar baxıcılardır, alıcılar deyillər. Hər yeri gəzib, 5-10 manat daha ucuz yer axtaran adamlardır. Bu da normal şeydir. Ölkədə maddi böhran var. İşsizlik çoxalıb. Evlənməyə hazırlaşan cütlüklər gəlirlər və ən ucuz qızılı axtarırlar. Təmtarağı sevən insanlar artıq bunu edə bilmirlər". 

Buraya gəlişimizin əsas səbəbi daş-qaşların qiymətləri ilə maraqlanmaq olsa da, ticarət mərkəzinin ümumi vəziyyəti də bizim üçün maraqlı idi. Buna görə də, brilyant və qızılların satışı haqqında bilgi topladıqdan sonra ticarət mərkəzinin digər mərtəbələrinə də qalxdıq. 

1-ci və 2-ci mərtəbədən fərqli olaraq, digər mərtəbələrdə ümumiyyətlə, müştəri yoxdur. Satıcılar bir küncdə toplaşıb, söhbət edirlər. Görünür, bu vəziyyət uzun zamandır ki, davam edir. Müştəri qıtlığı yaşadıqları üçün artıq tacirlər də bu duruma alışıblar. 

Ekspertlərin fikrincə, Azərbaycanda müstəqillikdən bəri 2016-cı ildə ilk dəfə olaraq, büdcə göstəriciləri 2015-ci ilə nisbətən 25 faiz civarında azalacaq. Büdcənin azalması, təbii ki, bütün makroiqtisadi göstəricilərə, əhalinin sosial vəziyyətinə, iş yerlərinin sayına ciddi təsir göstərəcək. Bu da o deməkdir ki, sahibkarları indikindən daha da ağır günlər gözləyir. (musavat.com)







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Zeynəb Xanlarova övladları ilə - FOTO

Zeynəb Xanlarova övladları ilə - FOTO

Braziliyalı qapıçı “Zirə”də

Braziliyalı qapıçı “Zirə”də

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sabah abituriyentlər imtahan verəcək

Sabah abituriyentlər imtahan verəcək

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Yumurta bu gün də 1 qəpikdir - FOTO

End of content

No more pages to load

RADİO