2050-ci ildə Yer kürəsi əhalisi arasında xristianların və müsəlmanların sayı bərabərləşəcək. 2070-ci ildə isə...
Bu həftə dünyanın müsəlman əhalinin sayı 2 milyardı ötərək 2 milyard 6 milyon 931 min 770 nəfər olub.
Moderator.az xəbər verir ki, bu haqda "Morocco World News" nəşri "Global Muslim Population" saytının araşdırmasına əsasən məlumat yayıb.
Müsəlmanlar hazırda 8 milyarddan çox olan dünya əhalisinin 25%-dən çoxunu təşkil edir və İslam saya görə xristianlıqdan sonra dünyanın ikinci ən böyük dinidir.
"Pew Research Center" araşdırma mərkəzinin 2017-ci ildə apardığı araşdırmada deyilir ki, bu əsrin ikinci yarısında müsəlman əhalinin sayı xristian əhalinin sayını keçəcək. Artıq 2035-ci ilə qədər, elm adamlarının gözlədiyi kimi, digər din mənsublarından daha çox müsəlman uşaq dünyaya gələcək.
Hələ 2015-ci ildə Vaşinqtonun Pyu adına tədqiqat mərkəzinin profil bölməsinin məruzəsində yer almış proqnoza görə isə, 2050-ci ildə Yer kürəsi əhalisi arasında xristianların və müsəlmanların sayı bərabərləşəcək. 2070-ci ildə isə İslam dünyanın aparıcı dininə çevriləcək.
Sultan Laçın